Kamran Bayramov: Ömrünü xalqının intibahına həsr edən Ulu Öndər

Kamran Bayramov: Ömrünü xalqının intibahına həsr edən Ulu Öndər“Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə xalqa xidmət, vətənə sədaqət ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasında dayanıb. Bütün ömrünü dövlətinin, xalqının rifahı, intibahı üçün həsr edən, bu yolda həyatını belə təhlükəyə atmaqdan çəkinməyən böyük şəxsiyyət Azərbaycanın ən çətin və mürəkkəb dövrlərində hakimiyyətə gələrək dövlətini xilas etmiş, millətinin gələcəyini təmin etmişdir. “Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını sənaye təşkil edir. Ata-babalarımızdan, nəsillərdən-nəsillərə keçən və müasir dövrdə Azərbaycanın zəhmət adamlarının gücü ilə, əməyi ilə, ağlı ilə yaranan zavodlar, fabriklər, digər sənaye müəssisələri respublikanın iqtisadi potensialının əsasını təşkil edir və mən yaxşı bilirəm ki, bu, çox güclü potensialdır. Əgər ondan səmərəli, tam gücü ilə istifadə edə bilsək, iqtisadiyyatımız çox sürətlə inkişaf edəcək və Azərbaycan vətəndaşlarının həyat tərzini yaxşılaşdırmaq üçün yaxşı şərait yaranacaqdır. Mən buna əminəm”-deyən Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

Kamran Bayramov qeyd edib ki, dövlətimizin hazırki parlaq və möhtəşəm nailiyyətlərinin əsasını Ümummilli Lider tərəfindən qoyulan ideyalar təşkil edir. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs sazişinin imzalanması Azərbaycanda daxili sabitliyin təmin olunmasında, digər sahələrdə əhəmiyyətli addımların atılmasında mühüm rol oynadı. Məhz, həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bu mühüm addım Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirməklə yanaşı, xalqımızın uzun illərdən bəri ürəyində gəzdirdiyi bu istəyinin reallığa çevrilməsi oldu. Daim öz təbii sərvətəlrinin əsl sahibi olmaq istəyən Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını gördükcə bundan daha da ruhlanır, gələcəyə böyük inamla addımlayırdı. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin 2006 və 2007-ci illərdə reallığa çevrilməsi, bunun ardınca dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu artıran Cənub Qaz Dəhlizinin rəsmi açılışı, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, həmçinin, Cənub qaz Dəhlizinin əsas tərkib hissələrindən olan TANAP-ın istifadəyə verilməsi və sair kimi biri-birindən mühüm hadisələr “Əsrin müqaviləsi”nin ölkəmizə böyük uğurlar qazandırdığını bir daha dünyaya bəyan etdi. Dövlətimizin başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa təbrikində bütün bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının, beynəlxalq münasibətlər sistemində yeri və rolunu təsəvvür etmək çətin deyildi.

Deputat diqqətə çatdırıb ki, dahi şəxsiyyətin ərsəyə gətirdiyi bu layihə müstəqil dövlətimizin qüdrətli inkişafının rəhni oldu. 1993-2003-cü illərdə ulu öndərin dünyanın nadir şəxsiyyətlərindən, dövlət və ictimai xadimlərindən biri olduğunu növbəti dəfə sübuta yetirdi. Ümummilli liderin zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycan keçid dövrünün mürəkkəb labirintlərindən uğurla çıxmışdır. 1996-cı ildən respublikamız yenidən dirçəliş mərhələsinə qədəm qoymuşdur. 1996-2003-cü illərdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artmışdır. Ölkədə 3 min yeni sənaye müəssisəsi yaradılaraq onların sayı 5202-yə çatdırılmışdır. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyulmuşdur. Həmin müddətdə ümumi daxili məhsul 22,3 dəfə artmışdır. Bütün sahələrdə islahatlar vüsət götürmüşdür. Respublikamızın beynəlxalq nüfuzu durmadan yüksəlmişdir.

Müstəqilliyimizin bərpasının ilk illərində baş verən proseslər iqtisadiyyatın bütün sahələri kimi, ölkəmizdə sənayenin də tənəzzülünə səbəb olmuş, vaxtilə yaradılmış potensial məhv olmuşdu. Məhz, Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra sənayedəki tənəzzülü dayandırmaq, aradan qaldırmaq və makroiqtisadi proseslərə təsir edə bilən tədbirlərin həyata keçirilməsinə başlanıldı. Əsas diqqət bazar münasibətlərinə söykənən təsərrüfatçılıq sisteminin yaradılmasına, sənaye müəssisələrinin özəlləşdirilməsinə yönəldildi və nəticədə sənayenin bir çox sahələrində irəliləyişlər müşahidə olundu. Xüsusən, neft sənayesinin inkişafı qeyri-neft sahələrinin və sənayenin ayrı-ayrı istiqamətlərinin yüksəlişinə təkan verdi. Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan ümummilli lider Heydər Əliyev 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmaqla əldə olunan neft gəlirlərinin şəffaf və ədalətli bölünməsini təmin etdi. Dövlət siyasətinin prioritetlərini müəyyənləşdirən Dövlət Neft Fondu şəffaflıq kriteriyalarına görə nümunəvi qurum kimi dəyərləndirilir. Fondun vəsaitlərinin düzgün istiqamətləndirilməsi və şəffaflığın təminatı əhəmiyyətli sosial-iqtisadi layihələrin həyata keçirilməsini sürətləndirir.

K.Bayramov xüsusi olaraq qeyd edib ki, bu gün böyük inamla qeyd edirik ki, neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Regionların malik olduğu potensial imkanlardan maksimum istifadə etmək üçün Dövlət Proqramları təsdiqləndi və uğurla icra edilir. Artıq ikiilyarımdır ki, tarixi Zəfərimizin sevincini yaşayırıq. Bu Qələbəmiz Heydər Əliyev yolunun uğurlarının təqdimatıdır. Əgər 1993-cü ildə Ümummilli Lider xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün olmazdı. Ulu öndər Heydər Əliyev adını tarixə müstəqilliyimizin xilaskarı, qarantı kimi yazdı. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlara nəzər salmaqla Ulu Öndərin xidmətlərinin böyüklüyünü, əvəzolunmazlığını böyük qətiyyətlə qeyd edə bilərik.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər