"Yolun sonu görünməyə başladı"

"Yolun sonu görünməyə başladı"Dövlət başçımızın Neftçala və Salyan rayonuna səfəri yalnız regionların sosial-iqtisadi inkişafına yeni impuls vermək baxımından yox, həmçinin müxtəlif vasitələrlə və təxribatlarla sülhdən yayınan Ermənistana, onun havadarlarına və Xankəndidəki separatçılara ünvanlanan ismarıclar, xəbərdarlıqlar baxımından da olduqca əhəmiyyətlidir. Xüsusən də separatçılara ünvanlanan ismarıc kifayət qədər sərtliyi ilə diqqət çəkdi. Prezident İlham Əliyev Salyan rayonuna səfəri zamanı Azərbaycan Dövlət Televiziyasına müsahibəsində maraqlı ritorika seçmişdi. Onun separatçıları “təlxəklər toplusu” adlandırması da ermənilər arasında hələ çox müzakirə olunacaq. Separatçılara ağır psixoloji zərbə vurmaq və onlara mənəvi-siyasi sarsıntı yaşatmaq üçün bundan daha uğurlu ifadə tapmaq zənnimcə, mümkün deyil.

Azərbaycan Prezidenti müsahibəsində həm separatçıların bütün “vəzifə”lərinin qondarma olduğunu bildirdi, həm də onlara bizim səbrimizin limitsiz olmadığını duyurdu və separatçıların bundan sonra yalnız iki seçim imkanının qaldığını bir daha bəyan etdi: "Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, - biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, - bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, Azərbaycan Bayrağı altında yaşayacaqlar, yadaki oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar. Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar”.

Beləliklə, Cənab Prezident bu fikirləri səsləndirməklə erməni separatçıları ilə mülki ermənilər arasında ayırıcı xətti konkret olaraq müəyyənləşdirdi. Və bununla bir daha dünyaya bəyan edildi ki, bizim Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olan mülki erməni əhalisi ilə heç bir problemimiz yoxdur. Azərbaycan dövləti sadəcə olaraq Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi ərazilərimizi zəli, yırtıcı, təxribatçı separatçılardan təmizləmək istəyir. Bu istək də dünya birliyi tərəfindən çox normal qarşılanmalıdır. Çünki heç bir ölkə razı ola bilməz ki, onun ərazisində hansısa separatçı qüvvələr “dövlət içində dövlət” yaratmağa səy göstərsinlər.

Bu mənada, Azərbaycan Prezidentinin son ismarıcları separatçıların sonunun başlanğıcı hesab edilə bilər. Bundan sonra ya separatçıların həm dinc vasitələrlə, həm də kiçik antiterror əməliyyatlarının keçirilməsi hesabına zərərsizləşdirilməsi, demilitarizasiyası və denasifikasiyası planı reallaşdırılacaq, onlar reinteqrasiyaya məcbur ediləcəklər, yadaki Xankəndidən zorla çıxarılacaqlar. Yəni ki, təlxəklər yığınının üçüncü yolu qalmır. Başqa sözlə desək, separatçıların 30 ilə yaxın oynadğı “müstəqillik tamaşası” artıq bitmək üzrədir. Necə deyərlər, yolun sonu görünməyə başladı.

Separatçıların əsas simaları sayılan Serjik Sərkisyan, Robert Köçəryanı, Seyran Ohanyan kimi müharibə canilərinin və separatçılıq ideoloqlarının isə bundan sonra Xankəndi ermənilərinə təsir imkanları tamamilə mümkünsüz olacaq. Çünki İlham Əliyevin də qeyd etdiyi kimi biz onları Qarabağdan iti qovan kimi qovmuşuq və indi heç biri Xankəndiyə gələ bilmir. Erməniləri böyük itkilərə və məğlubiyyətə düçar edən bu canilər separatçılığın, bölücülüyün və terrorçuluğun sonunun fiasko ilə nəticələnəcəyini vaxtında dərk etməliydilər. Azərbaycan xalqının öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyini artıq bütün ermənilər başa düşməlidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər