"Vandalizm və barbarlıq ermənilərin ənənəvi xüsusiyyətləridir"

"Vandalizm və barbarlıq ermənilərin ənənəvi xüsusiyyətləridir"Erməni toplumu artıq elə bir kütləvi psixoz vəziyyətinə və irqçilik, şovinizm nöqtəsinə gəlib çatıb ki, onların Azərbaycana qarşı atdığı hər addım son nəticədə özlərinə qarşı çevrilir. Əsgərimizin Ermənistanda linç edilməsinin ardınca, indi də bu ölkənin paytaxtında keçirilən ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində Ermənistan İctimai Televiziyasının əməkdaşı, tanınmış dizayner Aram Nikolyanın Azərbaycanın bayrağını nümayişkaranə şəkildə yandırması Ermənistanın özünün beynəlxalq imicinə vurulan ağır zərbədir.

Qoy, indi bütün dünya Ermənistan dövlətinin və erməni cəmiyyətinin gerçək üzünü görsün. Vandalizm və barbarlığın ermənilərin ənənəvi xüsusiyyətləri olduğu hər kəsə məlum olsun.

Ermənilər tərəfindən Azərbaycana qarşı aparılan bu cür etnik nifrət, irqi və milli ayrı-seçkilik, şovinizm siyasəti Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına ən böyük maneə və təhdiddir. Odur ki, dünya birliyi ənənəvi riyakarlığından əl çəkib Azərbaycanı yox, revanşizmə can atan, davamlı təxribatlara yol verən Ermənistanı sülhə çağırmalı, erməni cəmiyyətində ksenofobiya və türkofobiya meyllərinin daha da güclənməsinə, bu ölkədə irqi ayrı-seçkilik təbliğatının yenidən genişlənməsinə obyektiv qiymət verməli, xalqlar arasında nifaqı qızışdıran erməni təşkilatlarının və konkret fərdlərin məsuliyyətə cəlb olunması üçün hərəkətə keçməlidir.

Bayrağımızın səhnədə yandırılmasının tamaşaçıların alqışları ilə müşayiət olunması, Aram Nikolyanın özünün isə Ermənistan parlamentariləri tərəfindən, bir çox sıravi ermənilər tərəfindən az qala qəhrəman kimi qarşılanması bizimlə bərabər, dünya birliyini də narahat etməlidir.

Həmçinin tez-tez sülhdən dəm vuran Ermənistan hökumətinin başçısı Nikol Paşinyan da öz ölkəsində Azərbaycana qarşı nifrət və ayrı-seçkiliyin hansı həddə olduğunu görməli və erməni xalqının sülhə hazır olmadığını etiraf etməlidir. O, həqiqətən də real sülhə can atırsa, əsgərlərimizə qarşı işgəncələrə və bayrağımıza qarşı vandalizmə yol vermiş ermənilərin dərhal məsuliyyətə cəlb olunmasını təmin etməlidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər