“ERMƏNİSTANI İRAN CƏSARƏTLƏNDİRİR”

“ERMƏNİSTANI İRAN CƏSARƏTLƏNDİRİR”“İranın Ermənistanı silahlandırması gözlənilən idi. Ukraynaya qarşı işğalçı müharibəni genişləndirmək üçün Rusiyaya pilotsuz uçuş aparatları və raket qurğuları verən İran eyni silahları strateji tərəfdaşı Ermənistana da ötürüb”.

Avrasiya.net xəbər verir ki, politoloq Elxan Şahinoğlu dünən Ermənistanla sərhəddə baş verən qarşıdurmada İranın iştirakını şərh edərkən bildirib. “Ermənistan Laçın istiqamətində hərbçilərimizi İran istehsalı olan hərbi texnikaların vasitəsilə atəşə tutub. Bizə təmas xəttində istehkamlarımızı qurmağa mane olmağa çalışırlar”, - o əlavə edib.

Ekspert bildirir ki, iki gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Tehrana çağıran İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin erməni həmkarına lazımi təlimatlar verdiyi aşkardır. Onun sözlərinə görə, görüşdən sonra “Cənubi Qafqaz regionunda istənilən coğrafi dəyişikliyin əleyhinəyik” deyən Əli Şamxani Armen Qriqoryanı Azərbaycan əleyhinə gərəkli addımlara cəsarətləndirib: “Qriqoryan da bu təlimatları Baş nazir Nikol Paşinyana və ordu rəhbərliyinə çatdırıb. Ermənistan və Qarabağ separatçıları Rusiya və İranın Azərbaycana qarşı istifadə etdikləri alətlərdir. Halbuki, İkinci Qarabağ müharibəsindən və ötənilki sentyabr döyüşlərindən sonra Ermənistan Azərbaycana qarşı istənilən təxribatdan çəkinməliydi. Çəkinmirlərsə, demək onları qızışdıranlar var. Bunun nəticəsidir ki, Ermənistan nə Azərbaycanla sülh sazişi imzalamaq istəyir, nə sərhədin müəyyənləşməsiylə bağlı danışıqlara başlayır, nə də Zəngəzur dəhlizini açmağa həvəs göstərir. Biz isə təmas xəttində möhkəmlənməli və Qarabağın tamamında ərazi bütövlüyü və suverenliyimizin bərpası çalışmalarını davam etdirməliyik. Başqa alternatimiviz yoxdur”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər