Bu partiya fəaliyyətini DAYANDIRDI

Bu partiya fəaliyyətini1994-cü ildə yaradılan və növbəti il dövlət qeydiyyatına alınan Azərbaycan Sosial Rifah Partiyası (ASRP) öz fəaliyyətini dayandırıb.

Avrasiya.net xəbər verir ki, partiyanın sədri Əsli Kazımovanın imzası ilə yayılan bəyanatda təşkilatın buraxıldığı bəyan edilib.

Bəyanatda bildirilir ki, beynəlxalq münasibətlər sistemində ölkəmizin nüfuzu artıb, daxili siyasətdə əhalinin sosial rifahı strateji prioritet kimi bəyan edilib, tarixi torpaqlarımız işğaldan azad olunub, bunları nəzərə alaraq partiya özünü buraxır.

Xanhüseyn Kazımlı tərəfindən qurulan ASRP 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınıb. 1995–2020-ci illərdə partiyaya Xanhüseyn Kazımlı, 2020-ci ildən isə onun qızı Əsli Kazımova rəhbərlik edir. Xanhüseyn Kazımlı 2000–2020-ci illərdə Milli Məclisin deputatı olub. 2020-ci ildə keçirilən parlament seçkilərində ASRP 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Əsli Kazımovanın namizədliyini irəli sürüb. Ancaq Mərkəzi Seçki Komissiyası dairədə keçirilən seçkilərin nəticələrini ləğv edib.

Qeyd edək ki, ASRP mart ayında fəaliyyətini dayandıran dördüncü partiyadır. Bundan əvvəl Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası və Birlik partiyası özünü buraxıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər