Separatçılar Bakıya “yox” dedi: Söz Ordumuzundur!

Separatçılar Bakıya “yox” dedi:Xankəndidəki separatçı rejim Prezident Administasiyasının Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsi təklifinə ermənilərin adından “yox” deyib: onlar görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsini və humanitar, texniki məsələlərin müzakirə edilməsini istəyir, özlərini “tərəf” kimi təqdim edir, beləliklə, reinteqrasiya prosesindən imtina edirlər.

Gözlənilən idi, çünki Bakıya gəlmələri “tərəf” olmaqdan imtina etmək və reinteqrasiya prosesini qəbul etmək demək idi, Rusiyanın da buna imkan vermədiyi bəllidir. Lakin imtina etmələri də Bakının əlini gücləndirir:

- Təmasların indi qurulmasını istəyən Qərbə (ABŞ və Aİ) göstərəcək ki, “separatçılar erməni əhalisi deyil” və “erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunmasına” onlar imkan vermir;

- Qarabağda mümkün praktiki addımların – həm hərbi, həm digər istiqamətlərdə - iddia edildiyi kimi “erməni əhalisinə” qarşı yox, separatçı-terrorçulara qarşı atıldığı mövqeyi önə çıxır.

Asif Nərimanlı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər