star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

İraq Prezidenti İlham Əliyevə təşəkkür edib

İraq Prezidenti İlham Əliyevə təşəkkür edib“Tədbirin təşkili və dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmək istəyirəm”.

Avrasiya.net-in məlumatına görə, bunu bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən İraq Prezidenti Əbdüllətif Camal bildirib.

O vurğulayıb ki, İraq qlobal pandemiya böhranından çıxmağa davam edir, infrastruktur, sosial ehtiyaclar, iqtisadi şaxələndirmə və kollektiv tədbirlər vasitəsi ilə bu işləri görməyə davam edir:

“İraq hökuməti iqlim dəyişikliyi, ərzaq çatışmazlığı və su resurslarının qıtlığı ilə bağlı məsələlərə də xüsusi diqqət yetirir. Bütün bunlar bizim sosial stabilliyimizə təsir göstərir. Hazırda təhlükəsizliyin təmininə xüsusi diqqət yetiririk. Xüsusi dəstək vasitəsi ilə ölkədə kənd təsərrüfatına və suyun effektiv idarə edilməsinə vəsait qoymalıdır. İqlim dəyişikliyi ilə bağlı riskləri azaltmaq istiqamətində işlər görməliyik”.

Əbdüllətif Camal qeyd edib ki, ölkəsi müharibədən, dağıntılardan əziyyət çəkib, indi isə fərqli bir ölkədir: “Biz bu acınacaqlı təcrübədən, silahlı münaqişələrdən sonra anlayırıq ki, ancaq dialoqla sülh quruculuğu mümkündür. Biz konstruktiv dialoqla zorakı ekstremizmin aradan qaldırılmasına çalışırıq. İraq regional tərəfdaşlıqda da müsbət rolunu davam etdirməyə hazırdır. Biz regional təhlükəsizliyə və enerji təhlükəsizliyinə töhfə verməyə hazırıq”.

İraq Prezidenti nəzərə çatdırıb ki, yeni İraq qonşuları ilə qarşılıqlı hörmət, diplomatiya, ortaq çağırışları, sərhəd təhlükəsizliyi, eyni zamanda, transsərhəd su resursları, su mənbələrinin adekvat optimallaşdırılması ilə münasibətlər qurmağa davam edir: “Yüksək neft qiymətlərini nəzərə alaraq, İraqda hazırda adekvat səhiyyə, su və təhlükəsizliyi, institusional sahələrdə işlər görülməlidir. İctimai infrastrukturun qurulması da məqsədlərdən biridir. Ətraf mühiti qorumaq və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı tədbirlər görülməli, İraqın irsinin növbəti nəsillərə çatdırmaq üçün addımlar atılmalıdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər