Ceyhun Bayramov: "Onlar cəzalandırılsın"

Ceyhun Bayramov: "Onlar cəzalandırılsın"Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İran xarici işlər nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavini Mehdi Səfəri ilə görüşüb.

XİN-dən Avrasiya.net-ə verilən məlumata görə, görüş zamanı, Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşünün gündəliyi üzrə işlər, eləcə də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə xain terror hücumundan irəli gələn məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının İrandakı səfirliyinə edilən xain hücumunu törədənin, təşkilatçı və sifarişçilərinin müəyyən edilməsi, onların müvafiq şəkildə cəzalandırılmasının vacib olduğunu bildirib.

“Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin əhəmiyyətini bir daha vurğulayan nazir Ceyhun Bayramov, diplomatik nümayəndəliklərin binalarının, habelə onun əməkdaşlarının hər cur hücumlardan qorunmasının təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğunu diqqətə çatdırıb.

Nazir terror hücumunun təfərrüatlarının və video çəkilişlərin tərəfimizdən incələndiyini, bu istiqamətdə istintaqın davam etdiyini, Azərbaycan tərəfində terrorla bağlı bir sıra mövcud sualların İran tərəfindən cavablandırılmasının zəruri olduğunu vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər