"Xocalı soyqırımı tarixin ən dəhşətli cinayətlərindəndir"

"Xocalı soyqırımı tarixin ən dəhşətli cinayətlərindəndir"Xocalı soyqırımı nəinki əsrin soyqırımı‚ hətta bəşər sivilizasiyasının ən qanlı və qorxunc insan qətliamlarındandır. Xocalı soyqırımı mahiyyətcə misli bərabəri olmayan kütləvi terror və hərbi cinayətdir.

Bu fikirlər Avrasiya.net-ə İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyindən daxil olan məlumatda deyilir.

Məlumatda qeyd olunub ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən qarlı və boranlı qış gecəsində Ermənistan hərbi qüvvələri Livan və Fələstindən gətirilmiş muzdlu döyüşçülərlə birlikdə Azərbaycanın Xocalı şəhərinə daxil olaraq bütün şəhəri darmadağın etmiş‚ əliyalın günahsız insanları qarlı və çovğunlu havada gülləbaran etmiş‚ qoca və uşaq demədən qundaqdakı körpələrə qədər süngülərə keçirmiş‚ insanları tankların altında əzmişlər. Bununla da erməni silahlı qüvvələri Azərbaycanlılara qarşı tarixdə misli görünməyən barbarlıq və vandalizm törətmişlər. Beləcə Ermənistan hərbi qüvvələri tarixin ən ağır qanlı qətliamlarından və kütləvi insan qırğını olan Xocalı soyqırımını törətmişlər.
Azərbaycan xalqına başsağlığı verir‚ erməni cinayətlərini və vəhşiliyini şiddətlə pisləyir‚ Xocalı soyqırımı qurbanlarını hörmət ehtiramla anırıq. Hər zaman Azərbaycan xalqının və dövlətinin yanında olduğumuzu ifadə edirik.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər