Sizin Reklam Burada

"Qarabağla bağlı proseslərdə əsas söz sahibi Azərbaycandır"

"Qarabağla bağlı proseslərdə əsas söz sahibi Azərbaycandır"Kremlin "Vardanyan layihə"sinin iflasa uğraması, bu geosiyasi "tamaşa"nın uğursuzluqla sona çatması gözlənilən idi. Çünki onu Moskvadan Xankəndiyə heç bir qanuni əsas olmadan "ezam" etmiş, emissar kimi göndərmişdilər. Başqa sözlə desək, Kreml Vardanyanı Xankəndiyə məqsədyönlü surətdə yerləşdirmişdi. Belə ki, Vardanyan Xankəndiyə gələn kimi dərhal orada liderliyi ələ almalı və erməni əhalisini Araik Arutyunyanın, Vitali Balasanyanın təsir dairəsindən uzaqlaşdırıb, öz rəhbərliyi altında birləşdirməliydi. Bu isə ona Kremlin Qarabağ və Ermənistanla bağlı sonrakı "hibrid" planlarını həyata keçirmək üçün əlavə imkanlar qazandıracaqdı.

Lakin Kremldə cızılan planlar reallıqda işləmədi. Vardanyan Xankəndiyə yerləşdirildikdən dərhal sonra orada təşəbbüskarlığı ələ almağa və hamını öz ətrafında birləşdirməyə can atsa da, ancaq əks nəticə ilə üzləşdi. Separatçıların arasında ixtilaflar, fikir ayrılığı daha da dərinləşdi. Onun Araik Arutyunyanla münasibətləri də gün-gündən pisləşməyə doğru gedirdi. Beləliklə, Vardanyanın Qarabağdakı ermənilərin lideri kimi ortaya çıxmaq və özünü Azərbaycanla danışıqlarda yeganə legitim tərəf-müqabil kimi təqdim etmək istəyi baş tutmadı.

Rəsmi Bakı Xankəndiyə kənardan "ixrac" olunan bu cür "oyuncaq lider"lərlə təmas qurmağın, danışıqlar aparmağın qəti əleyhdarı idi. Ona görə də, rəsmi Bakı Vardanyan adlı təxribatçı fiqurla heç bir danışığın mümkün olmayacağını birmənalı bəyan etmişdi. Vardanyan kimilərin bizim tərəf-müqabilimiz ola bilməyəcəyi gün kimi aydın idi. Prezident İlham Əliyevin bununla bağlı səsləndirdiyi məlum fikir isə bu məsələyə birdəfəlik nöqtə qoymuşdu: "Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".

Bəli, məhz Azərbaycanın bu cür qətiyyətli mövqeyi Vardanyanı Qarabağa ezam edənlərin məkrli planlarını alt-üst etdi və həm Moskvada, həm də İrəvanda bir daha anladılar ki, Qarabağla bağlı proseslərdə əsas söz sahibi Azərbaycandır. Onun arxasında duran havadarlar başa düşdülər ki, bu avantürist "layihə"yə ümid bəsləməyin heç bir perspektivi yoxdur. Çünki rəsmi Bakının iradəsindən kənar planların baş tutacağı ehtimalı ümumiyyətlə sıfıra bərabərdir. Bu da o deməkdir ki, Rusiya və Ermənistanın Qarabağdakı ermənilər üzərindən qurduqları planlar bundan sonra da iflasa məhkumdur.

Yeri gəlmişkən, Qarabağda yaşayan ermənilərə də bir daha aydın oldu ki, onların burada qalıb yaşamaq üçün Bakının şərtlərini qəbul etməkdən başqa bir alternativləri yoxdur. Zatən Bakı Qarabağda yaşayan mülki ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması işlərinə başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Yetər ki, Qarabağda yaşayan ermənilər İrəvan, Moskva və Parisin geosiyasi oyunlarında yer almasınlar və Xankəndidəki separatçıların "girov"una çevrilməsinlər.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər