Sizin Reklam Burada

Azadlıq istəyən xalqı işğal etmək mümkün deyil

Azadlıq istəyən xalqı işğal etmək mümkün deyilDövlət başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" adlı plenar iclasda çıxış edib. Konfrans çərçivəsində Münxendə dövlət başçımızın ABŞ-nin Dövlət katibi və Ermənistanın baş naziri ilə birgə görüşü olub. Eyni zamanda bir sıra ikitərəfli görüşlər keçirilib. Konfransın plenar iclasının mövzusu özündə bütün məqamları ehtiva edir. Dövlət başçısı İlham Əliyev 30 illik işğal və postmünaqişə dövründə Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan mövqeyi barədə bir daha tədbir iştirakçılarına geniş məlumat verdi. "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusu region dövlətlərinin bu sahədə təqdim etdikləri konsepsiyaya yenidən baxmağa, yeni əməkdaşlıq formatının yaradılmasına bir çağırış etdi. Tarixdə ilk dəfədir ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşürlər.

Cənab Prezidentin beynəlxalq arenada dövlətimizin nüfuzu və gücünün artırılması istiqamətində gərgin diplomatik fəaliyyəti istiqamətində növbəti uğuru Münxen Təhlükəsizlik Konfransında iştirakı ilə bir daha təsdiqləndi. Bu səfər zamanı ölkə rəhbərinin konfransda çıxışı, ikitərəfli görüşləri Azərbaycanın beynəlxalq mövqeyi üçün mühüm önəm daşıdı. Dövlətimizin başçısının bütün toplantılarda və görüşlərdə sərgilədiyi mövqe respublikamızın beynəlxalq təhlükəsizlik üçün konstruktiv məsələlərlə şərtlənən bir yolda olduğunu göstərdi.

Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur.

Dövlətimizin başçısının bütün toplantılarda və görüşlərdə sərgilədiyi mövqe respublikamızın beynəlxalq təhlükəsizlik üçün konstruktiv məsələlərlə şərtlənən bir yolda olduğunugöstərdi.

Azərbaycanın enerji təminatı sahəsində etibarlı əməkdaşlığı ilə yanaşı, siyasi təhlükəsizlik istiqamətində yürütdüyü siyasət dünya birliyi tərəfindən təqdir olunur. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Qafqazda sülh və təhlükəsizlik mövzusunda keçirilən panel görüşdə ölkə rəhbərimizin səsləndirdiyi məsələlər də dövlətimizin beynəlxalq hüquqa söykənən sülhpərvər mövqeyi baxımından böyük əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin bəyanatları, çağırışları fonunda Azərbaycanın bölgədə sülh və əməkdaşlıq təminatçısı olduğunun şahidinə çevrildi. Belə ki, Ermənistanın bütün danışıqlardan yayınması və bölgədə gərginlik yaratmasına rəğmən Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü bir daha ölkəmizin sülhsevər mövqeyini ortaya qoydu. Azərbaycan hər zaman münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə çağırışlar edir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında budəfəki açıqlamaları ilə onlara yaxşı bir diplomatiya dərsi verdi. Ən maraqlı məqamlardan biri də bu idi ki, dövlətimizin başçısı birbaşa ad çəkmədən dəqiq məntiqi ardıcıllıqla bəzi faktları xatırladaraq qərbdəkilərin "kiçik bacı"larının Rusiyadan heç nə ilə fərqlənmədiyini qeyd etdi. "Dövlətimizin başçısının bəzi diplomatik gedişlərini Sarbonna Universitetinin məzunu Heusgen də öyrənsə pis olmaz. Bu, ən azından gələn il Münxen Təhlükəsizlik Konfransının daha uğurlu təşkilində onun işinə yaraya bilər".

Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün qarşı tərəfə beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsinin imzalanmasını təklif etdi. Dövlət başçısı İlham Əliyev danışıqlardan yayınan, sülh müqaviləsinin imzalanması prosesinin hər vəchlə uzanmasına səy göstərən Ermənistanı Münxendə növbəti dəfə ifşa etdi. “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bildirdi ki, Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər beynəlxalq qurum da bu məsələyə xüsusi diqqət yetirir. Əgər bu müzakirə daha bir neçə saat davam etsəydi, yəqin ki, heç kim bu toplantını tərk etməzdi. Bu, məsələnin müzakirəsinə maraqdan irəli gəlir. Belə bir əminlik ifadə edildi ki, əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, ədavət dövrünün arxada qalmasına nail olmaq mümkün olacaq.

Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından vacib və uğurlu bir tədbir oldu. Azərbaycan Prezidenti Qafqazda sabitliyin yaranması üçün dövlətimizin bütün imkanlarını səfərbər etdiyini ortaya qoydu.

Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin Münxendə keçirdiyi görüşlər Azərbaycanın milli maraqlarının təmin olunmasına hesablanmışdı və siyasi baxımdan zəngin oldu”.


Güntəkin Sabir qızı
147 saylı texniki humanitar liseyin tarix müəllimi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər