Sizin Reklam Burada

Azərbaycan ədaləti güc vasitəsilə bərpa etməyə məcbur oldu

Azərbaycan ədaləti güc vasitəsilə bərpa etməyə məcbur oldu Beynəlxalq münasibətlər sistemində baş verən ciddi dəyişikliklərə baxmayaraq Azərbaycan dövləti bir çox platformalarda aktiv iştirakını davam etdirir. Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya miqyaslı tədbirlərə dəvət alması ölkə başçımızın liderlik keyfiyyətinə və şəxsiyyətinə verilən böyük dəyərin göstəricisidir. İndiyə qədər cənab Prezidentin müxtəlif platformalarda iştirakı və çıxışı zamanı verdiyi mesajlar dəyişən dünya nizamında bəşəriyyətin sağlam gələcəyinə xidmət etməkdədir. Bu baxımdan geosiyasi məsələlərin müzakirə edildiyi Münxen Təhlükəsizlik Konfransına Möhtərəm cənab Prezidentin dəvət edilməsi mühüm əhəmiyyət kəsb edir.

Qeyd etməliyik ki, 1963-cü ildən keçirilən Münxen Təhlükəsizlik Konfransının əsas şüarı dialoq vasitəsilə sülhün, təhlükəsizliyin əldə edilməsidir. Ötən əsrin sonlarından başlayaraq konfrans coğrafi əhatəsini daha da genişləndirərək müxtəlif qitələrdən və regionlardan bir çox ölkələri əhatə etməyə başladı. İştirakçıların sayı hər il artan konfransda dünyada sülhün qorunması ilə bağlı mühüm məsələlər müzakirə edilir və qlobal təşəbbüslər irəli sürülür. 800-dən çox nümayəndənin dəvət olunduğu bu dəfəki konfrans iştirakçılarının sayına görə bundan əvvəlki konfranslardan fərqlənirdi.

40-dan çox dövlət və hökumət başçısının, nazirlərin, müxtəlif təşkilatların nümayəndələrinin iştirak etdiyi bu konfransda dövlət başçısı səviyyəsində iştirak etmək ölkəmiz üçün böyük əhəmiyyət daşıyırdı. Bu eyni zamanda son illərdə Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində oynadığı rola və Avropa İttifaqı üçün etibarlı tərəfdaşa çevrildiyinin bariz sübutu idi.

18 fevral 2023-cü il tarixdə “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda baş tutan paneldə cənab Prezidentin iştirakı və verdiyi mesajlar olduqca önəmli idi. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak edirdilər. Cənab Prezident çıxışı zamanı Avrasiyada sülhün təmin olunmasının əsas şərtlərinə toxunaraq bildirdi ki, Azərbaycan hər zaman sülhün bərqərar olunmasının tərəfdarı olmuşdur. Çünki biz müharibənin nə olduğunu, onun dövlətlər və xalqlar üçün hansı fəlakətlər gətirdiyini bilirik.

Qeyd etməliyik ki, beynəlxalq hüququn və beynəlxalq ədalətin olmaması nəticəsində Azərbaycan ərazilərinin təqribən 20 faizi Ermənistan işğalı altında qalmış və işğalçı Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməmişdir. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qeyri-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası isə təmin olunmamışdır. Cənab Prezidentin də xüsusi vurğuladığı kimi biz ədaləti güc vasitəsilə bərpa etməli olduq və bu bizim beynəlxalq hüquqdan irəli gələn qanuni haqqımız idi. Azərbaycanın 44 günlük Vətən müharibəsi ədalətli müharibə olmuş və biz öz ərazimizdə döyüşmüşük. Bizim apardığımız müharibə torpaqların azadlığı uğrunda müharibə idi və nəticədə düşmən tapdağı altında olan ərazilərimiz azad edildi və 30 illik işğala son qoyuldu.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər