Sizin Reklam Burada

Fransızlar topçu Vüsalın fotosu ilə ermənilərə yardım toplayır

Fransızlar topçu Vüsalın fotosu ilə ermənilərə yardım toplayırErməni təbliğatına və maraqlarına xidmət edən 3 fransız kino işçisi film hazırlamaq üçün yardım kampaniyasına start veriblər. Guya Ermənistanın təhlükədə olmasını əsas gətirən "sənət" adamları təcili film hazırlamağın vacibliyini qeyd ediblər.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, ermənidən daha çox ermənilik edən fransızlar isə yardım kampaniyasına poster kimi azərbaycanlı topçu Vüsalın (Vüsal Şahkərimov) fotosundan istifadə ediblər.

İkinci Qarabağ müharibəsi işitrakçısı olan Vüsal Şahkərimov Azərbaycan cəmiyyətində sözügedən görüntüsü ilə tanınmışdı.

İndi ermənipərəst fransızların Ermənistan üçün yardım kampaniyasına Vüsalın fotosunu seçmələri ya növbəti erməni saxtarkalığı, ya da axmaqlığıdır.

Məsələnin hüquqi məsələsi də var. Bütün beynəlxalq normaları pozmağa alışan ermənilər və onların havadarları indi də azərbaycanlı döyüşçünün fotosunu poster edib, yardım toplayırlar.

Digər tərəfdən isə müəlliflər Azərbaycan-Ermənistan münasibətləri kontekstində guya xristian-müsəlman davasını təbliğ edərək islamafobiyanı tirajlayırlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər