Sizin Reklam Burada

Gürcüstanın sülh danışıqlarında rolu necə olmalıdır?

Gürcüstanın sülh danışıqlarında rolu necə olmalıdır?Zaur İbrahimli
politoloq

Gürcüstanlı həmkarlarımızla Tiflisin Azərbaycanla Ermənistan arasında aparılan müzakirələrdə necə rol oynamalı olması ilə bağlı çox mübahisə etmişik. Gürcü ekspertlərin əksəriyyətinin fikrincə Tiflis neytral vasitəçi missiyası götürməlidir. Onlar hesab edir ki, gürcülərin neytral mövqe tutması bir zərurətdir və hər iki tərəfdə etimad yaratmaq üçün vacibdir. Əslində rəsmi Tiflisin də mövqeyi belədir və gürcü hakim siyasi dairələri hər hansı məsuliyyət götürməkdən yayınmağa çalışırlar. Mənim və digər həmkarlarımın yanaşmasına görə isə Gürcüstan özünü yalnız danışıq otağı, moderator kimi görə bilməz. İstəməsə belə gürcülər tərəfdirlər, çünki, bölgədə istənilən dəyişiklik onlara ciddi təsir edir.

Müharibə və ya sülh - seçimi onların da seçimindən asılıdır. Əgər davamlı sülh olmayacaqsa əsas tranzit ölkə məntəqə, turizm məkanı kimi Gürcüstanın da strateji dəyəri çox aşağı düşəcək, Azərbaycanın iqtisadi dəstəyi olmasa gürcülər inkişaf tempini saxlaya bilməyəcəklər. Eyni zamanda Azərbaycanın mövqelərinin zəifləməsi Gürcüstanı da xarici təsirdən çox asılı edir. Azərbaycan-Türkiyə tandemi ilə uğurlu əməkdaşlıq Gürcüstanı bölgənin strateji tranizt məntəqəsinə çevirib. Həmçinin hər iki ölkə gürcülərin iqtisadi tərəqqisi üçün əhəmiyyətli töhfə verir.

Azərbaycanın dəstəyi mümkün böhran vəziyyətlərdə Tiflis üçün xilas kəməridir. Bunlarla yanaşı Azərbaycan Gürcüstanın daxili proseslərinə müdaxilədən çəkinir və bu da sabitliyin qorunması üçün vacib amildir. Məhz bu şərtlər Tiflisdən obyektiv olaraq Azərbaycanın mövqelərinin müdafiəsini tələb edir. Bütün bölgədə sülh, tərəqqi üçün Tiflis də məsuliyyət götürməkdən çəkinməməlidir. Gələcəkdə böhranlardan, müharibədən qaçmaq üçün Gürcüstan siyasi baxımdam məsuliyyətli davranmalıdır. Gürcüstanın belə mövqeyi, qonşuların ərazi iddiaları, xəyali geosiyasi layihələrinə qarşı çıxması bölgənin gələcəyində mühüm rol oynaya bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər