Sizin Reklam Burada

"Armen Qriqoryan beynəlxalq hüquqdan xəbərsizdir"

"Armen Qriqoryan beynəlxalq hüquqdan xəbərsizdir"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Armenpress” xəbər agentliyinə müsahibəsində Azərbaycanla sülh sazişi layihəsinə “Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirəsi məqsədilə beynəlxalq mexanizm yaradılması” barədə müddəanın daxil edildiyini vurğulaması onu göstərir ki, Nikol Paşinyan və onun komandasının digər üzvləri kimi Armen Qriqoryan da beynəlxalq hüquqdan xəbərsizdir.

Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyinin təmin olunması məsələsinə qarışmaq hüququ yoxdur. Bu, Azərbaycanın öz daxili məsələsidir. Armen Qriqoryan və Ermənistanın digər rəsmi şəxsləri zaman-zaman bu cür təxribat xarakterli açıqlamalar verməklə yekun sülh sazişinin imzalanması prosesini süni surətdə ləngidirlər. Bu da ondan irəli gəlir ki, Ermənistan bölgədə sülhün bərqərar olmasında maraqlı deyil.

İrəvan Fransa və İranı bölgədəki proseslərə fəal surətdə cəlb etməklə sabitliyi pozmağa çalışır. Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazda sülh və təhlükəsizlik haqqında populist çıxış etməyə hazırlaşan Nikol Paşinyanın hazırkı avantürist və pozucu mövqeyi əslində sülh və təhlükəsizliyə ən cidddi təhdiddir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər