Sizin Reklam Burada

Qərbi Azərbaycan hadisələri bütün həqiqətlərin başlanğıc nöqtəsidir

Qərbi Azərbaycan hadisələri bütün həqiqətlərin başlanğıc nöqtəsidirErmənilər “Sumqayıt hadisələri”nin “35-ci ildönümü”nə hazırlaşırlar. Həm də Fransa kimi ölkələrin birbaşa dəstəyi ilə daha qabarıq, daha geniş bir şəkildə...

Hazırda Ermənistan rəsmilərinin “Qarabağ ermənilərinin hüquqlarının qorunmasına və təhlükəsizliyinə beynəlxalq təminat”la bağlı fasilələrlə qabardılan iddialarının yenidən gündəmə gətirilməsinin səbəbi də “Sumqayıt hadisələri”nin “35-ci ildönümü” ilə bağlıdır. Məqsəd isə aydındır: “Azərbaycanda ermənilərə qarşı dözümsüzlük var”, “ermənilərin azərbaycanlılarla birgəyaşayışı mümkün deyil” kimi ənənəvi iddiaların inandırıcılıq dərəcəsini artırmaq və bu iddiaları “müqayisəli” və mübaliğəli şəkildə beynəlxalq istimai rəyə maraqlı ölkələrin media resursları, siyasətçiləri vasitəsilə sırımaq...

Belə cəhdlər daha öncə də olub, amma effektiv nəticə verməyib. Lakin mövcud vəziyyətin fərqli olduğunu, Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində zahirən, sözdə olsa da belə öz neytrallıqlarını nümayiş etdirməyə çalışan dairələrin, hazırda erməni yalanlarını açıq-aşkar dəstəklədiklərini nəzərə alsaq, Ermənistanın, erməni diasporunun və idarəçilərinin, ən azından Xocalı soyqırımının 31-ci ildönümü öncəsi “Sumqayıt hadisələri” ilə bağlı total kampaniya aparacaqları şübhə doğurmur. Çox güman ki, ötən illərdə olduğu kimi, son zamanlar bəzilərinin təmizə çıxarmaq üçün yarışa girdikləri sapı milli pazlardan ibarət olan “balta”ların körüklədikləri bədii qarayaxmalardan da istifadə olunacaq. Buna zərrə qədər də şübhəm yoxdur. Həmin ərəfədə onurğasız “kosmopilitines”lər hər zaman olduğu kimi ya “qeybə” çəkiləcək, ya sivişib aradan çıxacaq, ya da gündəmi boğazdan yuxarı şüarlarla “bəzəməyə” çalışacaqlar...

...”Sumqayıt hadisələri”nin SSRİ-nin, o cümlədən Ermənistanın xüsusi xidmət orqanları ilə Qarabağın Azərbaycandan qopardılması üçün hüquqi-siyasi zəmin hazıramağa çalışan qüvvələrin səhnələşdirdiyi kimsəyə sirr deyil. Bununla bağlı istintaq və məhkəmə materialları da ortalıqdadır. “Sumqayıt cəlladı” Eduard Qriqoryanın məhkəmə istintaqı başa çatdıqdan qısa müddət sonra, 1991-ci ildə “cəzasını çəkmək üçün” Ermənistana təhvil verilməsi, erməni əsilli Sumqayıt sakinlərini xüsusi amansızlıqla qətlə yetirən, zorlayan cinayətkarın Ermənistan rəhbərliyi tərəfindən azadlıqla mükafatlandırılması və hazırda Moskva ətrafında ailəsi ilə birlikdə yaşaması “Sumqayıt hadisələri”nin sifarişçilərinin ünvanını açıq şəkildə nişan verir.

Amma unutmaq lazım deyil ki, “Sumqayıt hadisələri”nin sifarişçilərinin məqsədi, həm də Qərbi Azərbaycandan, indiki Ermənistan ərazisindən, öz tarixi vətənlərindən, ev-eşiklərindən zorla qovulan, qətlə yetirilən, ağır işgəncələrə məruz qalan azərbaycanlılarla bağlı həqiqətləri kölgədə qoymaqdan, gündəmdən çıxarmaqdan ibarət olub. Çünki azərbaycanlıların indiki Ermənistan ərazindən zorla qovulmaları, vəşhicəsinə öldürülmələri, təzyiq və zorakılıqlara məruz qalmaları münaqişənin məhz ermənilər tərəfindən başladıldığını təsdiqləyən, bunun əksi üçün şübhə yeri qoymayan əsas fakt, yaxud faktlar toplusudur.

Qərbi Azərbaycan məsələsi ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətini tam çılpaqlığı ilə, təkzibolunmaz faktlarla və həm də hadisələrin inkişafını zaman baxımından bizim xeyrimizə dəyişərək, yəni obyektiv, ədalətli müstəviyə daşıyaraq gün işığına çıxaracaq əsas amildir. Qərbi Azərbaycan hadisələri bütün həqiqətlərin başlanğıc nöqtəsidir. Ədalətin tam bərqərar olması üçün yola da məhz həmin başlanğıc nöqtəsindən çıxmaq lazımdır.

P.S. Düşünürəm ki, dövlətimizin Qərbi Azərbaycan məsələsi ilə bağlı strategiyası ətrafında spekulyasiyaya cəhd göstərənlər həqiqəti anlamaq niyyətinə düşəcəkləri təqdirdə, beyinlərinin bütün mövcud imkanlarını toparlayaraq, həm də sözügedən istiqamətə nəzər salsalar, pis olmaz...

Elçin Mirzəbəyli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər