Sizin Reklam Burada

Paşinyan qapalı görüşdə Azərbaycan ilə sülh sazişinin mətnini müzakirə edib

Paşinyan qapalı görüşdə Azərbaycan ilə sülh sazişinin mətnini müzakirə edibErmənistanın baş naziri Nikol Paşinyan hakim “Mülki müqavilə” partiyasının nümayəndələri ilə qapalı görüşdə Azərbaycan ilə sülh sazişinin mətnini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Rəsmi məlumatda bildirilir ki, iclasda yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərlə bağlı məsələlər müzakirə olunub.

"Lakin görüşdə sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycanın son təklifləri də müzakirə edilib. Paşinyan və hakim partiyanın üzvləri arasında fikir mübadiləsi aparılıb”, – qəzet qeyd edir.

Xatırladaq ki, fevralın 14-ü axşam saatlarında keçirilmiş qapalı iclas təxminən bir saat davam edib, lakin onun təfərrüatları barədə məlumat verilməyib.

Daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər aldıqlarını bildirmişdi. Fevralın 14-də isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Ermənistan Azərbaycan ilə sülh müqaviləsinin mətni üzərində işləyir və onu yaxın zamanda təhvil verəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər