Sizin Reklam Burada

İran çetesinin Bakıdakı əsas hamisi – Sensasion fakt

İran çetesinin Bakıdakı əsas hamisi – Sensasion faktAzərbaycanda İranın geniş casus şəbəkəsinə malik olması sirr deyil və bu, son əməliyyatlarda da özünü bariz şəkildə göstərir. Onlardan bəzilərinə yaşıl işıq yandırılması, illərlə Azərbaycanda İran təbliğatı aparmasına şərait yaradılması (“Salamnyus” və “İnteraz”ın timsalında), bəzilərinin “iranşünasa” çevrilməsi, İrandakı milli-siyasi proseslərlə bağlı “mütəxəssis” statusunu alması (Sayman Aruzun simasında) isə hər zaman bu sualı gündəmə gətirib: Kimdir onlara uzun illərdir himayədarlıq edən?

Ötən məqaləmizdə İranda islahatçı və xatəmiçi olduğu üçün milli düşərgələrdən qovulan Sayman Aruz adlı şəxsin Bakıda “millətçi” maskasını taxması və vəzifə almasında Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun xüsusi qayğısından bəhs etmişdik.

Əli Həsənov uzun müddət İranla diplomatik-siyasi münasibətlərdən məsul olub, hətta ən kritik məqamlarda Tehrana səfər edərək, yüksəksəviyyəli görüşlər də keçirirdi. Əli Həsənov bu görəvdən öz maraqları naminə istifadə edibmi?

Bu sualın görünən cavablarından biri Araz FM radiosu ilə bağlıdır.

Azərbaycanda əcnəbilər media təsis edə bilməzlər. Araz FM-in yayım tezliyi isə 2011-ci ildə Golden Prince MMC-yə verilmişdi. Həmin şirkətin sahibləri - İran əsilli Sirus Qoçxani və Əli Həsənovun xanımı Sona Vəliyevanın qohumu və biznes ortağı Azər Vəliyevdir.

“Golden Prince” MMC 4 sentyabr 2008-ci ildə Bakı şəhəri Fikrət Əmirov küçəsi 1 hüquqi ünvanı üzrə dövlət qeydiyyatına alınıb (Əli Həsənova məxsus şirkətlərin əksəriyyəti Beynəlxalq Mətbuat Mərkəzinin köhnə binasına qeydiyyatdadır – red.). 18 yanvar 2011-ci il tarixdə Milli Televiziya və Radio Şurası (MTRŞ) 25 noyabr 2010-cu il tarixdən 25 dekabr 2010-cu il tarixədək radio yayımı üçün 103.3-cü tezlik resursuna elan edilmiş müsabiqədə “Golden Prince” MMC-ni qalib elan edib.

2003-cü ildən Milli Televiziya və Radio Şurasına sədrlik edən və Əli Həsənovdan dərhal sonra – 2020-ci ildə vəzifəsindən azad edilən Nuşirəvan Məhərrəmli PA-nın sabiq şöbə müdirinin təlimatı ilə hərəkət edirdi.

Beləliklə, Əli Həsənov hansı qanunla İran vətəndaşının təsisçisi olduğu Golden Prince MMC-yə yayım tezliyinin verilməsini təşkil etməli idi? Ümumiyyətlə, cəmiyyətdə tez-tez uğursuz plastik əməliyyatları ilə gündəmə gələn Sirus Qoçxani hansı səbəbdən radio-tezlik almaq eşqinə düşməlidir?

Əli Həsənov Xətai Estetik Klinikasının da sahibi idi və bu kontekstdə onun İranla diplomatik münasibətlərin qorunması görəvindən sui-istifadə edərək, bu ölkə ilə biznes əlaqələri qurduğu şübhəsi ortaya çıxır. Zatən uğursuz, bəzən pasiyentin ölümünə səbəb olan əməliyyatları ilə tanınan Qoçxaninin məsuliyyətdən hər zaman yayına bilməsi və mediada ciddi təbliğatının getməsi də bu baxımdan diqqətə alınmalıdır.

Qeyd etdiyimiz sualın ikinci görünən cavabı Sayman Aruzdur. Onun Bakıda “status” qazanması, Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan şöbəsinə yerləşdirilməsinin də Əli Həsənovun adı ilə bağlı olduğu haqda AYB-dən hələ bir neçə il öncə qeyri-rəsmi olaraq redaksiyamıza bildirilmişdi.

Əli Həsənov bu İran agentinin nəinki Bakıda vəzifə qazanmasına, eyni zamanda, Azərbaycan vətəndaşı olmasına nail olmuşdu. Bir daha xatırladaq ki, Güneydən Azərbaycan Respublikasına minlərlə mühacir gəlib və onların böyük əksəriyyəti Azərbaycan Respublikasının vətəndaşı ilə ailə qurub. Ancaq heç birinə Azərbaycan vətəndaşlığı verilməyib. Əksinə, Azərbaycan uzun illər güneyli mühacirlərin ölkədə qalmasında maraqlı olmayıb. Buna ən bariz nümunə olaraq ozan Araz Elsəs, Mahmudəli Çöhrəqanlı və sairi göstərmək olar.

Necə ola bilər ki, İranla münasibətləri qorumaq naminə mərkəzi ABŞ-da yerləşən Günaz TV-nin Bakı ofisi bağlanır, ancaq iranlı Qoçxaninin həmtəsisçisi olduğu MMC-yə radio-yayım tezliyi verilir?

Necə olur ki, tanınmış güneylilər Azərbaycandan çıxarılır, Güneydən gələn mühacirlərin heç birinə Azərbaycanda hətta fəaliyyət azadlığı tanınmır, ancaq Sayman Aruza Azərbaycan vətəndaşlığı verilir?

İranla diplomatik-siyasi münasibətlərdə olan Əli Həsənovun birbaşa təkidi ilə Sayman Aruza vətəndaşlıq verilməsi, məsələn, Araz Elsəsin isə konsertinə icazənin verilməməsi, hətta şadlıq evində keçirilən konsertə görə şadlıq evi sahibinə ciddi xəbərdarlıq edilməsini qarşılaşdırmaq kifayətdir ki, üzdə “siyasi”, daxildə isə “iqtisadi” və ya digər maraqlar naminə İranın xahişlərinin PA-nın sabiq şöbə müdiri tərəfindən nəzərə alındığı haqda ehtimal irəli sürəsən.

İranla əlaqələrdən məsul olan Əli Həsənov heç kimin yox, yalnız və yalnız Sayman Aruzun Azərbaycan pasportunu necə əldə etməsi və Bakıda oturub, İrana “cəbhə açması” səbəbini Tehranın səfirinə “izah etməli” olardı - əlbəttə ki, bu elə məhz İranın istəyi deyildisə. Çünki Sayman Aruzun Azərbaycana göndərilməsindən sonra 2 il müddətinə İran səfirliyinin nəzdindəki İran Mədəniyyət Mərkəzində çalışdığı da güneylilərə yaxşı məlumdur.

Əli Həsənovun biznes imperiyasına rəhbərlik edən Azər Vəliyev hansı maraqlarla iranlı Sirus Qoçxani ilə birgə şirkət təsis etməli idi? Bu şəxslər biznesdən əlavə radio-yayım tezliyinə niyə iddia etməli və hətta Sovet dövründə Güneydə çox yaxşı tanınan “Araz” radiosunun adını mənimsəməli idilər?

Sirus Qoçxaninin həmtəsisçisi olduğu şirkətin yiyələndiyi yayım tezliyinin BBC-nin yayım tezliyi olduğu da çox maraqlı nüansdır. BBC-nin yayım tezliyinin iranlının təsisçisi olduğu şirkətə “Araz” adı ilə verilməsi Əli Həsənovun İrana hansısa “xoş mesajı” deyildi ki?

Bu, açıq mənbələrdə hər kəsin əldə edə biləcəyi məlumatların bir qismidir. Şübhəsiz ki, İranın casus şəbəkəsini ifşa etməklə məşğul olanlar bu prosesin daha alt qatlarını da bilməmiş deyillər.

Hələlik, bu qədər yetər...

axar.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər