Sizin Reklam Burada

Nə qədər ehtiyac olacaqsa, Türkiyənin yanındayıq

Nə qədər ehtiyac olacaqsa, Türkiyənin yanındayıq"Qardaş ölkə olaraq biz ilk dəqiqədən olduğu kimi, bundan sonra da nə qədər ehtiyac olacaqsa, Türkiyənin yanındayıq".

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kahramanmaraşda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda hər kəs qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar çox böyük sarsıntı keçirib: "Bu bizim üçün də olduqca böyük bir zərbə idi. Zəlzələ baş verən ilk saatlardan Azərbaycan Türkiyənin yanında olduğunu bəyan etdi. Prezidentin tapşırığına əsasən zəlzələdən bir neçə saat sonra Azərbaycandan ilk heyət Türkiyəyə yola düşdü".

"Dünyasını dəyişən insanların yaxınlarına, ailələrinə, türk millətinə Azərbaycan xalqı və dövləti adından dərin hüznlə başsağlığı verirəm. Əminik ki, bu ağır imtahandan qüdrətli Türkiyə dövləti və qəhrəman türk milləti alnıaçıq, üzüağ çıxacaq. İnsanlara kömək etmək və yaralıların sağlığına tez qovuşmasına dəstək olmaq əsas prioritetlərimizdəndir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Azərbaycanın bütün bölgə xəstəxanalarında xüsusi çarpayılar ayrılıb. Azərbaycan ehtiyac olan qədər Türkiyədən xəstələri qəbul etməyə hazırdır", - C.Bayramov bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər