ALDP sədri: YAP-a birləşmək fikrimiz yoxdur

ALDP sədri: YAP-a birləşmək fikrimiz yoxdurAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Yeni Azərbaycan Partiyasına (YAP) birləşəcəyi ilə bağlı xəbər həqiqətə uyğun deyil.

Avrasiya.net xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında ALDP sədri Fuad Əliyev bildirib.

F.Əliyev qeyd edib ki, ALDP heç vaxt YAP-ın siyasi kursunu dəstəkləməyib: “Biz müxalifət partiyası olaraq daim onların siyasətini tənqid etmişik. Bu gün də daxili siyasətlə, sosial problemlərlə bağlı tənqidi çıxışlar edirik. Bizim hansısa partiya ilə birləşmək fikrimiz yoxdur. Əksinə düşünürük ki, 24 illik partiya olan Azərbaycan Liberal Demokrat Partiyası ilə kimlər birləşmək istəyərsə, təklifləri müzakirə edərik. “Siyasi Partiyalar haqqında” yeni qanuna uyğun olaraq, hər bir partiya 5 min üzvün qeydiyyatını aparmalıdır. Bu istiqamətdə heç bir çətinliyimiz yoxdur, kifayət qədər üzvümüz var, sənədləri vaxtında Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər