Sizin Reklam Burada

Azərbaycan ədalətli sülh istəyir

Azərbaycan ədalətli sülh istəyir 44 günlük Vətən müharibəsinin hər günü şanlı zəfər tariximizin mühüm hissəsini təşkil edirdi. Ancaq tariximizə Zəfər Günü kimi əbədi həkk olunmuş Qarabağımızın incisi, mədəniyyətimizin beşiyi olan Şuşanın fəth olunması hərb tariximiz üçün xüsusi səhifə idi. Bu gün azad edilmiş və qələbə rəmzimiz olan Şuşa inkişaf və tərəqqi dövrünü yaşayır. Daha bir rəmzilik isə 8 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının növbəti Zəfər Gününü məhz Şuşada qələbə və inkişaf paytaxtında hərbçilərimizlə birlikdə qeyd etməsidir. Məhz cənab Prezidentin bu səfəri zamanı hərbçilərlə təşkil olunan görüşdə çıxışı zamanı dünya ictimaiyyətinə və işğalçı Ermənistana bir çox mesajlar verdi.

Nitqində Ali Baş Komandan xüsusilə qələbəyə gedən keşməkeşli və bir o qədər çətin yoldan geniş bəhs etdi. Cənab Prezident bildirdi ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi cəhətdən nə qədər sarsıtmışdısa, Vətən müharibəsində əldə edilən qələbə də bir o qədər ruhlandırdı. Bu yolda əsas hədəf isə Ermənistanın işğalçılıq siyasətini ifşa etmək idi. Həmin dövrdə Azərbaycan beynəlxalq müstəvidə də çox fəal olmuşdu. Bir sıra beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi dəstəkləyən, haqq ədaləti ifadə edən qərarlar qəbul etmişdilər. Bu isə bizə haqq səsimizi bütün dünyaya çatdırmaq baxımından hüquqi zəmin yaratdı.

İstisna deyil ki, 44 günlük Vətən müharibəsi dövründə işğalçı Ermənistanla dost olan ölkə və təşkilatlar antiazərbaycan kompaniyası yürütməklə ölkəmizi nüfuzdan salmağa çalışırdılar. Bunlar həmin ölkələr idi ki, Ermənistanın tək bizə yox bütün islam dünyasına qarşı təcavüzkar siyasət apardığını anlamaq istəmirdilər. Bu həmin Ermənistan idi ki, tarixi abidələrimizlə yanaşı, ibadət yerlərimizi, məscidlərimizi də dağıdırdı. Xüsusi olaraq qeyd etməlyik ki, mənfur düşmənin həyata keçirdiyi vandalizm nəticəsində işğal altında olan ərazilərimizdə yerləşən 67 məsciddən 65-i dağıdılmış, dini abidələrimiz təhqir edilmişdir. Bu məqamda isə ən maraqlı sual isə məscidləri dağıdana bəzi müsəlman ölkələrinin necə dəstək verməsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də söylədiyi kimi “Məscidləri dağıdandan müsəlman ölkələrinə dost ola bilməz”. Buna görə də müsəlman aləmində Ermənistan əsas dayaqlardan təcrid olundu. Doğrudur ölkəmizə qarşı ikili standartlardan çıxış edən bəzi ölkələr İrəvana müəyyən qədər qucaq açsa da nəticə etibarı ilə Ermənistan regiondakı önəmli layihələrdən kənarda qalıb. Görünən odur ki, bu vəziyyət Ermənistan – Azərbaycan münasibətlərinin normallaşmasına, ölkəmizin irəli sürdüyü 5 baza prinsipinə uyğun sülh müqaviləsi imzalanana qədər davam edəcək.

Azərbaycan hər zaman sülhün və təhlükəsizliyin əsas müdafiəçisi olub. Ermənistan rəhbərliyi və xaricdən bəslənən bəzi revanşist qüvvələr Azərbaycanın yaratdığı yeni reallıqları və mövcud geosiyasi vəziyyəti düzgün dərk etməli və sülhün əldə edilməsi istiqamətində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidir. Cənab Prezidentimizin dəfələrlə qeyd etdiyi kimi biz ədalətli sülh istəyirik, biz müharibə istəmirik. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər