Azərbaycan beynəlxalq hüquq və normalara sadiq dövlətdir
Prezident İlham Əliyevin 31 oktyabr tarixli Soçi səfəri ən önəmıi səfərlərdən biri idi. Əhəmiyyəti isə ondan ibarət idi ki, həm Rusiya Prezidenti Vladimir Pütinlə dünyanın mövcud drumu fonunda görüşü, eləcə də Ermənistanın Baş Naziri N.Paşinyanla sülh sazişi ilə müzakirələr idi.
Soçidə Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilmiş ikitərəfli görüş zamanı bir sıra məsələlər müzakirə olundu.
Ümumuiyyətlə əhəmiyyətli olan ikitərəfli görüşlər çərçivəsində dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır.
İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. Soçi görüşləri Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtının yetişdiyini bir daha göstərdi.
Bütün bunlara baxmayaraq Ermənistan bu üçtərəfli bəyannamənin müddəalarını yerinə yetirməyi uzatmaq üçün müxtəlif bəhanələr gətirir, təkliflər irəli sürür. Lakin ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürülüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.
Görüşlər zamanı cənab Prezident İlham Əliyev bir daha qəti şəkildə bildirdi ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Münaqişə iki il bundan əvvəl həll edilib. Bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır.
31 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyannamə imzalandı.
Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu. Bu bəyənnamə Humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə olundu.
Bildirildi ki, Rusiya sülhməramlı kontingenti yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.
Azərbaycan beynəlxalq hüquq və normalara sadiqlik göstərərək münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll edilməsinin tərəfdarıdır.
Bu səbəbdən də regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı davam olunmalıdır və Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək.
Rusiyanın köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin və ekspert birliklərinin nümayəndələrinin və eləcə də dini liderlərin arasında dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət ab-havanın formalaşdırılması vacibdir.
Pikə Əhmədova Xətai rayonu, 59 saylı tam orta məktəbin direktoru