İsrail Təhlükəsizlik Akademiyası Azərbaycan xalqını təbrik edib
Dost və qardaş Azərbaycan xalqını və dövlətini Şuşanın alınması‚ Zəfər bayramı və 9 Noyabr Milli Bayraq günü münasibətilə təbrik edirik.
2020-ci ilin 44 günlük ikinci Qarabağ müharibəsində Azərbaycan əsgərinin igidliyi sayəsində 30 ilə yaxın işğalda qalmış Azərbaycan torpaqları erməni işğalından azad edilmişdir. 2020-ci ilin Noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi ilə Ermənistan məğlub olduğunu anlayaraq Kapitulyasiya imzalamağa məcbur oldu. Şuşa şəhərinin işğaldan azad edilməsi 44 günlük müharibənin taleyini həll etdi və Azərbaycanın parlaq qələbəsində açar rolunu oynadı. Odur ki‚ Azərbaycanın işğalçı Ermənistan üzərindəki qələbəsində ən mühüm amil məhz Şuşa şəhərinin azad edilməsi olmuşdur. Şuşa məhz artilleriyasız‚ əlbəyaxa döyüşdə azad edilmişdir. Bu isə Azərbaycan əsgərinin igidliyinin və məğlubedilməzliyinin göstəricisi idi.
Yəhudi xalqı tarix boyu Azərbaycan xalqının yanında olub. 44 günlük müharibədə də bütün Yəhudi xalqı qardaş Azərbaycan xalqının yanında oldu.
Azərbaycanın qələbəsi və sevinci yəhudi xalqının qələbəsi və sevincidir.
Biz‚ hər zaman qardaş Azərbaycan xalqının və dövlətinin yanındayıq.
Bu gün‚ 2020-ci ildəki 44 günlük müharibədə qazanılan möhtəşəm və şanlı qələbədən 2 il ötür. Bu şanlı qələbə münasibətilə bütün dost və qardaş Azərbaycan xalqını təbrik edir‚ Azərbaycan xalqına və dövlətinə daim zəfər‚ qələbə sevinci arzu edirik. Azərbaycanın suverenliyi‚ ərazi bütövlüyü və təhlükəsizliyi daimi‚ əbədi və sarsılmaz olsun.
Qələbəniz və zəfəriniz mübarək olsun əziz Azərbaycan xalqı. AMİN
İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi