Sizin Reklam Burada

"Radikal müxalifət Don Kixotluq edib Əli İnsanovu ittiham etməkdənsə,... "

"Radikal müxalifət Don Kixotluq edib Əli İnsanovu ittiham etməkdənsə,... "Əli İnsanov yenə gündəmdədir. Adam 76 yaşında da öz fəaliyyəti ilə, atdığı addımları və sərt dönüşləri ilə bu gün də hər kəsi təəccübləndirməyi bacarır. Bu da heç də hər siyasətçidə uğurlu alınmır.

Lakin görünən budur ki, keçmiş Səhiyyə naziri, hazırda Haqq Ədalət Partiyasının (HƏP) sədri olan Əli İnsanov öz siyasi manevrlərini öncədən yüz ölçüb, bir biçir. Ona görə də biz bu gün HƏP-dən istefaların başlanmasına əsla təəccüblənməməliyik.

Çünki 11 illik həbsxana həyatını başa vurandan sonra radikal müxalifət mövqeyinə keçmiş Əli İnsanovun HƏP-in idarə heyətinin toplantısında çıxışı zamanı Prezident İlham Əliyevə dəstək nümayiş etdirməsi və bundan sonra onun yürütdüyü siyasəti müdafiə edəcəyini açıqlaması əslində gözlənilən idi.

Biz bunu gözləyirdiksə, onun komanda üzvləri də gözləməliydilər. Niyə gözləməliydilər? Çünki Əli İnsanov HƏP-i yaradarkən müxalifətin radikal qanadı ilə sıx təmaslarının səmərəsizliyini, nəticəsizliyini və perspektivsizliyini gördü.

Əli İnsanov kifayət qədər praqmatik və realist şəxsdir. O, lap vaxtında başa düşdü ki, radikal müxalifətlə birləşib böyük siyasətdə uğur qazanmaq mümkün deyil. O gördü ki, müxalifətin Milli Şura, AXCP və Müsavat qanadı çoxdan tükənib və bu qüvvələrin nə özləri üçün, nədəki Azərbaycanın gələcəyi üçün heç bir ciddi iş görmək potensialı yoxdur.

Məhz bütün bunları dərindən-dərinə hesablayaraq Əli İnsanov HƏP-in kursunda kəskin dönüş etməyə qərar verdi. O, bu qərarını öz partiyadaşları ilə gənəşərək, məşvərət edərəkmi verib, yoxsa bu onun partiya sədri kimi təkbaşına verdiyi qərardımı, mən bu barədə konkret bir söz deyə bilmərəm.

Amma məhz bu qərardan sonra Haqq və Ədalət Partiyasının rəhbər şəxsləri, sədr müavinləri arasında "yarpaq tökümü"nün başlamasına təbii hal kimi baxmaq lazımdır. Bunda qeyri-adi heç nə yoxdur. Bu da demokratiyanın bir təzahür formasıdır.

Siyasətdə əbədi heç nə yoxdur. İnsanların bir partiyadan digər partiyalara transfer etməsi, öz siyasi baxışlarına uyğun gələn təşkilatları seçməsi onların təməl haqqıdır.

Bu mənada radikal müxalifətə bağlı KİV və internet resursların bəzi şəxslərin Əli İnsanovun məlum çıxışından sonra HƏP-in sıralarından istefa verməsi faktından fürsət kimi istifadə edib, necə deyərlər, "nəlbəkidə fırtına" düzəltməyə cəhd göstərməsi mənasız bir işdir.

Bu cür cəhdlərlə Əli İnsanov kimi partiya sədrlərini verdiyi qərarından daşındırmaq, tutduğu mövqeyindən çəkindirmək mümkün deyil. Radikal müxalifət Don Kixotluq edib Əli İnsanovu ittiham etməkdənsə, yaxşı olar ki, öz uğursuzluqlarının səbəblərini götür-qoy eləsin. Hələ ki gec deyil.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər