Sizin Reklam Burada

Azərbaycanın xarici siyasəti uğurla davam edir

Azərbaycanın xarici siyasəti uğurla davam edirDövlət başçımızın Ərəb Dövlətləri Liqasının Sammitinə Fəxri qonaq qismində dəvət edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş çoxşaxəli xarici siyasət nəticəsində dövlətimizin dünyaya inteqrasiyası sürətlənmiş, dost və qardaş dövlətlərin siyahısı xeyli genişlənmişdir. Bu məqsədyönlü xarici siyasət hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Xarici siyasətimizdə son illərdə Ərəb dövlətləri ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi xüsusi yer tutmaqdadır. Bu baxımdan ölkə başçımızın noyabr ayının 1-də Əlcəzair Xalq Demokratik Respublikasına səfəri və burada baş tutmuş Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı xüsusi əhəmiyyət kəsb edir.

Məlumat üçün qeyd etməliyik ki, Əlcəzair Xalq Demokratik Respublikası ərazisinə görə ərəb dünyasında və Afrika qitəsində ən böyük ölkələrdən biridir. Qitənin beşinci böyük iqtisadiyyatına malik olan Əlcəzair əhəmiyyətli təbii qaz və neft istehsalçısı və ixracatçısıdır. 22 dövlətin daxil olduğu Ərəb Liqasına gəldikdə isə bu təşkilatın əsası 1945-ci ildə qoyulmuşdur. Ərəb Liqası Azərbaycanın da daxil olduğu 7 ölkə ilə 2005-ci ildə imzalanmış anlaşma memerandumu əsasında əməkdaşlıq etməkdədir. Sonrakı dövrlərdə bu əlaqələr daha da genişlənmiş və 2015-ci ildə imzalanmış əməkdaşlıq memerandumu ilə yeni bir mərhələyə keçmişdir.

Qeyd etməliyik ki, cənab Prezidentin yürütdüyü uğurlu xarici siyasətin məntiqi nəticəsidir ki, Azərbaycanın beynəlxalq proseslərdəki rolu regional çərçivələri çoxdan aşmışdır. Bakı bu gün qlobal gündəliyə təsir edən mərkəz kimi çıxış edir. Prezident İlham Əliyev cənablarının Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının Sammitinə Fəxri qonaq kimi dəvət olunması və geniş nitqlə çıxış etməsi bunun bariz ifadəsidir.

Azərbaycanın Qoşulmama Hərəkatının sədri olaraq fəallığı Ərəb Dövlətləri Liqasının bir çoxunun da üzv olduğu hərəkatın nüfuzunu və funksionallığını əhəmiyyətli dərəcədə artırıb. Sevindirici haldır ki, ötən dövr ərzində Azərbaycanın irəli sürdüyü təşəbbüslər BMT səviyyəsində müzakirəyə çıxarılmış və müvafiq sənədlərlə inkişaf etdirilmişdir. Xüsusilə pandemiya dövründə bir neçə belə təşəbbüs hərəkat üzvlərinin dəstəyi ilə reallığa çevrilmişdir. Heç şübhəsiz Azərbaycan Prezidentinin həm də Qoşulmama Hərəkatının sədri kimi etdiyi bu səfər, aparılan müzakirələr və qatıldığı Sammit yeni qlobal düzəndə istər ölkəmizə, istərsə də Qoşulmama Hərəkatı ilə Ərəb Dövlətləri Liqası arasındakı əməkdaşlığa yeni impuls verəcəkdir. Hazırda Azərbaycan və Əlcəzair dövlətləri arasında əməkdaşlığın şaxələndirilməsi üçün siyasi iradə və bir-birindən cəlbedici imkanlar mövcuddur. İnanırıq ki, Azərbaycanla Əlcəzair dövləti arasında mövcud olan və müxtəlif sahələri əhatə edən münasibətlər bundan sonra daha da dərinləşəcəkdir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər