Putin Ərdoğana söz verdi: Ukraynada nüvə silahından istifadə etməyəcək
Dərc olunub:
3-11-2022, 16:44
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Tayyib Ərdoğanla telefon danışığı zamanı onu əmin edib ki, Ukraynada nüvə silahından istifadə etmək planı yoxdur.
Bu barədə cümə axşamı Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib.
“Telefon danışıqları zamanı Rusiya tərəfi Türkiyəni nüvə silahından istifadə etmək planının olmadığına əmin etdi”.
TRT İbrahim Kalına istinadən xəbər verir ki, Ukrayna tərəfi öz növbəsində “çirkli silahların” istifadəsinə hazırlıqla bağlı iddiaları təkzib edib.
Türkiyə prezidentinin nümayəndəsinin sözlərinə görə, Ankara münaqişə tərəflərini sülh yolu ilə nizamlanma üzrə danışıqlara qayıtmağa dəvət etmək niyyətindədir.
Xatırladaq ki, Ərdoğan Putinlə dünən axşam danışmışdı.