Fransanın Azərbaycana qarşı səsləndirdiyi qərəzli ifadələr beynəlxalq hüququn pozulmasıdır
BMT TŞ.-nın 5 daimi üzvündən biri olan Fransa prezidenti Emmanuel Makronun‚ "Azərbaycan iki il öncə Qarabağı işğal edib və Qarabağ Erməmistanın ürəyidir" deməsi məhz BMT T. Ş.-nın hələ 1992-ci ildə Qarabağın Azərbaycan torpağı olmasına və işğalçı Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qəbul etdiyi qətnamələrin əksinə olan bir açıqlamadır. Eyni zamanda Fransa Senatının da erməniləri dəstəkləyən fikirlər səsləndirməsi münaqişənin alovlanmasına yönəlmiş fikirlərdir və beynəlxalq hüququn əksinə olan haldır.
Azərbaycan Respublikası 1992-ci ildə BMT- yə daxil olarkən məhz bu ərazilərlə‚ yəni Qarabağla birlikdə daxil olub və BMT Təhlükəsizlik Şurası Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən tanıyıb. Bu ərazilər Beynəlxalq ictimaiyyət tərəfindən rəsmi və hüquqi qaydada Azərbaycan ərazisi kimi tanınır. Bu barədə BMT TŞ-nın qəbul etdiyi qətnamələri məcburi xarakter daşıyır və icra olunması da beynəlxalq qanunlarla məcburidir. Yəni hər hansı mülahizələrə görə yox‚ beynəlxalq hüquqa görə‚ tarixi mənbələr‚ sübutlar və beynəlxalq hüquq normalarının icrası əsasında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə görə Qarabağ Azərbaycan torpağıdır və beynəlxalq ictimaiyyət‚ BMT T. Ş. 30 il öncə Qarabağı Azərbaycan torpağı kimi tanıyıb. Beynəlxalq ictimaiyyətin‚ BMT TŞ-nın rəsmi mövqeyinə və beynəlxalq hüquqa əsasən Qarabağın Azərbaycan torpağı olması məsələsi qətiyyən mübahisələndirilə bilməz.
Bu‚ beynəlxalq hüquqa ziddir. Azərbaycan müstəqil və suveren ölkə kimi BMT-yə daxil olarkən‚ məhz mötəbər sənədlər‚ tarixi faktlar və sübutlar əsasında Qarabağ onun sərhədlərinin daxilində‚ Azərbaycanın əzəli və tarixi torpağı olaraq‚ onun ayrılmaz və mübahisələndirilməz hissəsi olaraq qəbul edilmişdir. Qarabağ ərazisi tarixi Azərbaycan torpağıdır və onun Azərbaycan torpağı olması çox qədim dövrlərə‚ minilliklər öncəyə‚ eramızdan çox əvvələ‚ qədim Azərbaycan dövlətlərinin yaranması dövrlərinə təsadüf edir ki‚ məhz həmin vaxtlar bu torpaqlarda və Qafqaz ərazisində erməni varlığı olmayıb.
Bu isə o deməkdir ki‚ Qarabağ heçbir zaman erməni ərazisi kimi tanına bilməz. Fransa prezidenti və Senatı məlum fikirləri ilə tarixi yanlışlığa yol vernəkdə və tarixi təhrif edərək‚ məhz təhrifi fikir söyləməkdədir. Tarixin bir neçə yüz il öncəsinə nəzər salınsa ermənilərin Qarabağda heçbir zaman olmadığı açıq aydın görünər. Tarixi faktlar və bütün tarixi məbələr Qarabağın ermənilərlə heçbir bağının olmadığını göstərir. Bütün tarixi mənbələr Qarabağın Azərbaycan xalqına aid olduğunu təsdiqləyir və ermənilər Azərbaycanda Sovet imperiyası qurulduqdan sonra Sovet rəhbərliyindən yüksək imtiyazlar alaraq məhz buraya köç ediblər və Azərbaycan xalqı ilə birlikdə burada yaşamağa başlayıblar. Tarixi mənbələr göstərir ki‚ Azərbaycan xalqı yüksək qonaqpərvərlik göstərərək ermənilərlə tarix boyu mehribanlıq şəraitində olub.
Amma və lakin Sovet imperiyası dağıldıqdan sonra‚ 1992-ci ildə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququ kobud şəkildə pozaraq‚ beynəlxalq ictimaiyyət tərəfindən sərhədləri və ərazisi beynəlxalq hüquqla tanınan Azərbaycanın ərazisinə qarşı hərbi təcavüz edərək Qarabağı işğal etmişdir. 1992-ci ildə BMT Təhlükəsizlik Şurası da Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünü və Qarabağı işğal etməsi faktını təsdiq edərək Ermənistanı işğala son qoymağa və Azərbaycan torpağını tərk etməyə çağırıb. Ermənistan 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq işğal etdiyi Azərbaycan torpaqlarını tərk etmədiyi üçün‚ məhz 2020-ci ilin 44 günlük ikinci Qarabağ müharibəsində Azərbaycan ordusunun igidliyi sayəsində Qarabağ işğaldan azad edilmiş və Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa məcbur olmuşdur. 30 il öncə Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə 1.000.000 Azərbaycanlı öz doğma evindən‚ torpağından qaçqın və köçkün düşmüş‚ didərgin salınmışdır.
Çox sayda Azərbaycanlı itgin düşmüş‚ yaralanmış‚ həlak olmuş‚ soyqırımına məruz qalmış və ermənistanın etnik təmizləmə siyasətinin günahsız qurbanı olmuşdur. Ermənistan hərbi birləşmələrinin Xocalıda törətdiyi soyqırımı faktı bəşəriyyətin ən qanlı insan qətliamlarındandır. Ermənistan silahlı qüvvələrinin Xocalıda Azərbaycanlılara qarşı törətdiyi bu qanlı faciə‚ soyqırım aktı isan haqqlarının dəhşətli pozuntusu və ən ağır hərbi cinayət‚ terror aktıdır.
Qarabağın Ermənistan hərbi birləşmələri tərəfindən 30 il öncə işğal edilməsi ilə bu ərazilər dağıdılmış və 30 il keçməsinə baxmayaraq bərpa edilməmiş və hətta dağıdılaraq vandalizm aktları törədilmişdir. Eyni zamanda işğal edilmiş Azərbaycan torpaqlarının təbii sərvətləri talanmış‚ oğurlanmış və xaricə aparılmışdır. Bütün bu faktlar nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan İqtisadiyyatına milyardlarla dollar həcmində maddi və mənəvi zərər dəymişdir. Hazırda Azərbaycana dəymiş maddi və mənəvi ziyanlıq 100 milyardlarla dollar həcmində ölçülür. Əlbəttə ki‚ ermənistan hökuməti bu zərərin qarşılığını Azərbaycan dövlətinə və hökumətinə geri ödəməlidir.
30 il öncə Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə tarixi ədalət və beynəlxalq hüquq kobud şəkildə pozulmuşdur.
Amma və lakin hazırda Azərbaycan ordusunun igidliyi sayəsində tarixi ədalət və beynəlxalq hüquq bərpa olunmuşdur. Hazırda Qarabağın Azərbaycan torpağı olmasını Ermənistan da qəbul etmiş və tanımışdır. Fransa hökumətinin və prezident Emmanuel Makronun Qarabağla bağlı ziddiyyətli açıqlamaları heçbir reallığa söykənmədiyi üçün ciddi təəssüf hissi doğurur. Prezident Makronun bu açıqlaması bölgənin təhükəsizliyinə qarşı fikirlərdir və bölgədəki sülhün və sabitliyin əleyhinə olan fikirlərdir. Bu‚ Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarına da ağır zərbə vura və bölgədə yeni münaqişə ocaqları yarada və yeni-yeni erməni təxribatlarına səbəb ola bilər. Fransa prezdenti Emmanuel Makronun məlum açıqlamaları və Fransa Senatının erməni işğalını dəstəkləyən mövqeləri beynəlxalq hüquqa və BMT T. Ş.-nın ermənistanı işğalçı ölkə kimi tanıyan qətnamələrinə ziddir. Odur ki‚ prezident Makron öz açıqlamasına yenidən nəzər salmalı və Fransa hökuməti‚ xüsusən Senat ermənilərlə bağlı heçbir sübuta və reallığa söykənməyən fikir və mövqelərinə yenidən baxmalıdır.
Azərbaycan öz mövqeyində hər zaman haqqlıdır və Azərbaycan dövləti heçbir zaman beynəlxalq hüquqa zidd addım atmayıb. 44 günlük müharibə də məhz beynəlxalq hüquq çərçivəsində və beynəlxalq qanunlarla aparılmış‚ bütün müharibə mədəniyyətinə‚ hümanizm prinsiplərinə əməl edilmiş‚ müharibənin gedişində də beynəlxalq hüquq normaları yüksək səviyyədə qorunmuş və həqiqi bir nümunə göstərilmişdir. Hazırda beynəlxalq hüquq Azərbaycanın tərəfindədir
Biz‚ Azərbaycanın haqqlı mövqeyini və beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü bir daha dəstəkləyir‚ Azərbaycanın suveren sərhədlərinə qarşı olan hər bir hücum‚ təhdid və hərbi‚ siyasi təxribatlara qarşı hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu ifadə edirik. Qarabağ Azərbaycandır!
İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi