Sizin Reklam Burada

"Ulu Öndər mühüm demokratik məzmunlu dəyişikliklərin təşəbbüskarı idi"

"Ulu Öndər mühüm demokratik məzmunlu dəyişikliklərin təşəbbüskarı idi"Məlumdur ki, bəşəriyyətə malik olan ən böyük nemətlər sırasında tarixi şəxsiyyətlər həlledici yer tutur. Tarixi şəxsiyyətlər xalqların talelərinə mühüm təsir göstərmək qüdrətinə malik olduğundan, onların ideyaları, enerjiləri, fəaliyyətləri ayrı-ayrı dövrlərin inkişaf meyllərini müəyyən edir. Azərbaycan xalqının taleyinə müxtəlif dövrlərdə müstəsna təsir göstərmiş dahi şəxsiyyətlər sırasında Heydər Əliyevin misilsiz yeri olduğu danılmaz həqiqətdir. Azərbaycan xalqının Ümummilli Lideri müasir tariximizə dahi xilaskar, böyük qurucu kimi daxil olub.

Azərbaycan və Azərbaycan xalqının taleyində Heydər Əliyevin Azərbaycana uzun müddət rəhbərlik etməsi və bu rəhbərliyin zəngin məzmuna malik olması xüsusi əhəmiyyət kəsb edir. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr onun tarixinin xüsusi, ən intensiv inkişaf mərhələsini təşkil edir. Heydər Əliyevin fenomeninə xüsusilə də onun xilaskarlıq missiyasına tələbat Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ilk günlərdən etibarən hiss edilməyə başlandı. Yenicə müstəqillik əldə etmiş Azərbaycanda yaşanan siyasi böhran, xaos və anarxiya və bundan istifadə edən erməni təcavüzkarlarının torpaqlarımızı işğalı Heydər Əliyev fenomeninə qayıdışı qaçılmaz edirdi. Xalq anlayırdı ki, Heydər Əliyev qazanılmış müstəqilliyin qorunub saxlanılmasının yeganə təminatıdır. Azərbaycan xalqı Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyununda Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi bəlalardan, müsibətlərdən xilas etmək istiqamətində mühüm vəzifələrin icrasına başladı.

Qeyd etməyə dəyər ki, Heydər Əliyev Azərbaycan xalqının ən təhlükəli anlarında öz taleyini ona etibar etməkdə yanılmadığını möhtəşəm qayıdışın elə ilk aylarında sübuta yetirə bildi. Qısa bir zaman kəsiyində ölkəni taqətdən salan hərc-mərcliyə qətiyyətlə son qoyuldu, sabitlik və əmin-amanlıq təmin edildi, hərtərəfli böhran cilovlandı və erməni təcavüzünün Azərbaycanın dərinliklərinə irəliləməsinin qarşısı alındı. Yaradılan dayanıqlı siyasi sabitliyin ardınca iqtisadiyyatda böhranın qarşısının alınması, maliyyə nizam-intizamının yaradılması, aqrar islahatların həyata keçirilməsi, yeni iqtisadi sistemə keçidi təmin edən cəsarətli addımların atılması həm də Azərbaycanın müstəqilliyini möhkəmləndirən əsasların yaradılması demək idi. Beləliklə, Heydər Əliyevin möhtəşəm qayıdışı və xilaskarlıq missiyası Azərbaycanın dövlət müstəqilliyinin dönməz, sarsılmaz və əbədi olması ilə nəticələndi.

Adı Azərbaycanın tarixinə dahi xilaskar və böyük qurucu kimi əbədi həkk olunan Heydər Əliyevin zəngin irsi, ideyaları və tövsiyyələri müasir cəmiyyətimizin inkişafının ideya mənbəyidir. Ümummilli Liderin təlatümlərdən çıxaraq qurub yaratdığı Azərbaycan hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Aparılmış müdrik siyasətin nəticəsində ölkəmiz bütün sahələrdə inkişaf yolu keçərək regionun ən qüdrətli dövlətinə çevrilmişdir. Xüsusilə ölkə başçısının fəaliyyətinin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız isə qalib xalqa çevrildi. Bu gün əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə əldə etdiyi bu misilsiz nailiyyətlər Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsi və onun davamçısı Prezident İlham Əliyevin xalqına olan sonsuz sevgisinin təcəssümüdür.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər