Sizin Reklam Burada

Ermənistanın mina xəritələrini verməsinə Rusiya mane olur

Ermənistanın mina xəritələrini verməsinə Rusiya mane olurErmənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələrini Azərbaycana təqdim etdi. Bunun qarşılığında Azərbayca 15 erməni əsiri Azərbaycan-Gürcüstan sərhədində Ermənistana təhvil verildi.

Bu razılaşmanı dəyərləndirən bir sıra ekspert və təhlilçi mina xəritələrinin Azərbaycana verilməsinə Rusiyanın əngəl olduğunu iddia etdilər. Arqument olaraq, rəsmi Moskva xəritələrin Azərbaycana verilməsinin tərəfdarı deyil və hətta prosesin indiyə qədər ləngiməsinin də səbəbkarıdır, gətirildi.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev bu iddialarla razılaşmır.

“Rusiyanın prosesə mane olduğu iddiası əsassızdır. Rusiya rəsmi şəkildə hər zaman bəyan edirdi ki, erməni diversantlar qaytarılmalıdır. Rusiya başa düşməli idi ki, biz həmin erməniləri qarşılıqsız qaytarmayacağıq. Mina məsələsi də bu problemin fonunda həll edilməlidir.

Mən bilmirəm ki, kim özünü mütəxəssis hesab edir. İddianı təsdiq etmək üçün tutarlı əsas ortaya qoymaq lazımdır. Rusiyanın müəyyən maraqlarının olması, bəzi siyasi oyun və təzyiqləri məlumdur. Amma ortada əsas, fakt və səbəb yoxdur. Mina xəritələrinin verilməməsi Azərbaycanın azad edilmiş ərazilərinin inkişafını ləngidir. Rusiya bunda maraqlı deyil. Onsuz da bilirlər ki, gec-tez biz bərpa prosesini yekunlaşdırıb, “Böyük qayıdış”ı həyata keçirəcəyik”.

F. Şəfiyev mina xəritələrinin yoxlanılıb, dəqiqləşdiriləcəyini mütləq sayır:

“Bu razılaşmada belə Ermənistana tam güvən mümkün deyil. Rusiya bilir ki, regionda bərpa proses gedəcək. Biz demişdik ki, qarşılıqsız erməni diversanltları qaytarmayacağıq. Ola bilər, Ermənistandakı seçkiqabağı hansısa oyun qurulsun, yaxud Rusiya istəsin ki, ancaq onun vasitəsilə iş aparılsın – bu ayrı məsələdir. Ümumilikdə mina xəritələrinin verilməsinə əngəl törədilməsi əsassızdır və buna tutarlı səbəb yoxdur”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər