Sizin Reklam Burada

Azərbaycan tezliklə bu qırıcıları alacaq

Azərbaycan tezliklə bu qırıcıları alacaqAzərbaycan nəhayət Pakistan-Çin birgə istehsalı olan JF-17 (Block III) qırıcı-bombardmançılarını almağa qərar verib və tezliklə bu təyyarələrin ilk partiyası Hərbi Hava Qüvvələrinin sərəncamına veriləcək.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, bu məlumat Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Mücahid Əhməd Xanın ötən həftə Bakıda apardığı danışıqlardan sonra bəzi yerli və Rusiya mənbələrində yayılıb. Həmin danışıqlarda o cümlədən Pakistanda Azərbaycan HHQ üçün pilotların hazırlanması müzakirə edilmişdi.

Azərbaycanın JF-17 qırıcılarına maraq göstərdiyi, onları almaq üçün danışıqlar apardığı illər əvvəldən məlum idi. Lakin bəzi məlumatlara görə, həmin təyyarələrin göstəriciləri Azərbaycanı o qədər də qane etmədiyi üçün müəyyən tərəddüdlər olub. Hərçənd daha sonra qırıcıların modernizə edilmiş ən yeni versiyasının (Block III variantı) alınması barədə anlaşma əldə edilib.

Bildirilir ki, Pakistan Azərbaycana yaxın 10 ildə 21 ədəd JF-17 qırıcısı təchiz edəcək. Onların ilk partiyası bu ilin birinci yarısında çatdırılacaq. Azərbaycanın qırıcıların dəyərini neft və neft məhsulları ilə ödəməsi planlaşdırılır. Modernizə ediləndən sonra qırıcıların göstəriciləri Azərbaycanı qane edir və onlar eyni sinifdən olan digər qırıcı-bombardmançılardan geri qalmır. JF-17 qırıcılarının alınması Azərbaycanın Hərbi Hava Qüvvələrinin döyüş imkanlarını xeyli genişləndirəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər