Sizin Reklam Burada

Türkiyə nüvə silahı əldə edib? – Sensasion baxış

Türkiyə nüvə silahı əldə edib? – Sensasion baxışTürkiyə bu qarşıdurmada tam haqlı olduğu üçün müharibə təhdidlərindən qorxmayaraq, ölkənin milli maraqlarını qətiyyətlə müdafiə edir.

Bu sözləri Axar.az-a açıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Aralıq dənizinin şərqində yaranan gərginlik və Türkiyənin mövqeyi haqda danışarkən deyib.

O bildirib ki, Ərdoğan cəsur və müdrik dövlət adamıdır:

“O bilir ki, geri çəkilsə, Türkiyənin həyati mənafelərinin olduğu digər regional məsələlərdə daha alçaldıcı tələblər irəli sürəcəklər. Gözəl el məsəlimiz var: “Ağıllı fikirləşincə, dəli vurub çayı keçdi”. Bəzən dövlət maraqlarının ortada olduğu zamanda beynəlxalq məsələlərdə dəliqanlı olmaq lazımdır. Çox vaxt qorxaqlıqla ehtiyatlılığın sərhədlərini müəyyənləşdirmək olmur. Müharibə olacaqsa, deməli, olacaq. Türkiyənin güclü hərbi-sənaye kompleksi var. İnanıram ki, Pakistandan nüvə silahı da əldə edib. Əgər etməyibsə, bunu tezliklə gerçəkləşdirmək lazımdır. Hazırda bütün nüvə dövlətləri öz arsenalını genişləndirir. İslamabad kömək etməlidir ki, dünyada içi biz qarışıq alçaldılmış müsəlman dövlətlərindən qeyrəti olan daha biri nüvə dövlətinə çevrilsin.

İstiqlal savaşında Türkiyə müttəfiqlərə yaxşı dərs vermişdi. Türkiyəyə hörmət etməsələr, görünür, növbəti belə bir dərsə ehtiyac olacaq. Müharibə olacaqsa, Azərbaycan İstiqlal savaşında olduğu kimi, indi də Türkiyənin yanında olmalı, ona maddi və hərbi dəstək verməlidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər