Rusiya “SSRİ-nin bərpası”ndan imtina edir?!


Yoxsa bu, Moskvanın taktiki gedişidir?

Hazırda dünyada gedən proseslər: Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərq, Asiyada, Hind Okeanı hövzəsində, ABŞ–Venesuela, Cənubi Qafqazda və sair konflikt və qarşıdurmalar formaca müxtəlif olsa da, mahiyyətcə eyni geosiyasi savaşın tərkib hissələridir. Heç bir regional münaqişə artıq lokal xarakter daşımır. Dünya güclərinin qlobal səviyyədə apardığı böyük geosiyasi mübarizə hər regionu bir cəbhə xəttinə çevirib. Bütün bunlar ABŞ, Çin, Rusiya, Avropa arasında gedən strateji qarşıdurmanın müxtəlif fazalarıdır. Hətta Hindistan da fərqli konfliktlərə müdaxilə etməklə özünü qlobal güc kimi göstərməyə çalışır. Regionun coğrafiyası dəyişsə də, proseslərin mahiyyəti dəyişmir: dünyanın yeni güc arxitekturası formalaşır və hər bir konflikt bu arxitekturanın ayrılmaz elementi kimi çıxış edir.

Demək olar ki, bütün qlobal çəkişmələr bir-biri ilə sıx bağlıdır və regional qarşıdurmalar bütövlükdə dünya geosiyasi nizamının dəyişməsində istifadə olunur.

ABŞ prezidenti Donald Trumpın Rusiya–Ukrayna müharibəsində faktiki olaraq Ukraynanı kapitulyasiyaya məcbur etməsinin təbii ki, öz geosiyasi hədəfləri var. Əsas məqsəd Çinin sürətli inkişafını məhdudlaşdırmaq üçün onun faktiki xammal bazasına çevrilən Rusiyanı ondan ayırmaq və özünə tərəf çəkməkdir.

Donald Trumpın Rusiya–Ukrayna müharibəsinə münasibəti və səyləri Rusiyanı Avropa üçün real təhlükə ehtimalını gücləndirir və Avropanı ABŞ-dan daha asılı vəziyyətə salır, ABŞ-ın bütün tələbləri Avropa tərəfindən icra edilir. Ancaq artıq Avropa ölkələri, xüsusən də Böyük Britaniya, Almaniya, Fransa Donald Trumpa qarşı öz planlarını həyata keçirməyə başlayıb. Bu günlərdə Ukrayna prezidenti Zelenskini Londunda qarşılayaraq kollektiv Avropa dəstəyi nümayiş etdirməklə nəinki Rusiyaya, paralel olaraq Donald Trampa da sərt mövqelərini göstərdilər.

Proses onu göstərir ki, Avropa daha ABŞ-a, daha doğrusu Donald Trump hakimiyyətinə etibar etmir. Avropa İttifaqı artıq ABŞ olmadan öz təhlükəsizliyini təmin etmək üçün praktik mərhələyə keçib. Baxmayaraq ki, diplomatik dildə həm ABŞ prezidenti, həm də Avropa liderləri və rəsmi nümayəndələri bir-birlərinə normal müttəfiqlik münasibətlərinin olduğunu səsləndirir. Şübhə yoxdur ki, Böyük Britaniya, Almaniya və Fransa Avropanın ABŞ-dan asılı olmayan təhlükəsizlik mexanizmini yarada bilər. Tarix də Almaniyanın hansı hərbi qüdrətə malik ola biləcəyinin şahiddir. Türkiyənin də Avropanın təhlükəsizliyində iiçtirakına cəlb edilməsi mümkündür.

Rusiyanın nəinki Avropaya, keçmiş sovet respublikalarına təhlükə olacağı ehtimalı daha yüksəkdir. Xüsusən də Rusiya Ukraynada istədiyi və Donald Trumpın həyata keçirməyə çalışdığı Ukraynanın kapitulyasiyasından sonra Rusiyanın “SSRİ-nin bərpası”na əminliyi daha da güclənə bilər. Təsadüfi deyil ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bir neçə gün əvvəl Rusiyanın “SSRİ-nin bərpası” planlarının olmadığını desə də, Rusiya prezidenti Vladimir Putinin dəfələrlə SSRİ-nin dağılması ilə barışmadığını və bunu özünün şəxsi faciəsi hesab etdiyini dilə gətirib.

Ardınca isə Vladimir Putin çıxış edərək keçmiş sovet respublikalarının cəlb edildiyi hərbi blok KTMT-nin daha da gücləndirmək niyyətində olduğunu bəyan edib. Əlbətdə ki, Rusiya hal-hazırda Ukraynada işğalçılıq müharibəsini SSRİ bayrağı ilə aparır. Söz yox ki, əgər Rusiya SSRİ-ni bu və ya digər adda bərpa etmək istəmirsə, onda Gürcüstandan (Abxaziya, Osetiya), Moldovadan, Ermənistandan və nəhayət Ukraynadan öz ordusunu çıxarmalıdır.

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər