Roma Papası da Trampa qarşı çıxdı

Roma Papası da Trampa qarşı çıxdıABŞ Prezidenti Donald Tramp ABŞ-Avropa ittifaqını pozmağa çalışır.

Avrasiya.net xəbər verir ki, bunu Roma Papası XIV Leo Trampın Avropanın tənəzzüldə olduğu və zəif liderlərlə idarə edildiyinə dair son açıqlamalarına münasibət bildirərkən deyib.

“Təəssüf ki, bunun bəzi aspektləri illərdir Avropa ilə ABŞ arasında mövcud olan əsl ittifaqda böyük dəyişikliklərə səbəb olub”, - o bildirib.

Jurnalistin ABŞ-ın hazırladığı Ukrayna sülh planını ədalətli hesab edib-etmədiyi barədə suala isə Papa şərh verməməyi üstün tutub:

“Bu, Prezident Tramp və onun müşavirlərinin hazırladığı proqramdır. O, Amerika Birləşmiş Ştatlarının prezidentidir. O, bunu etmək hüququna malikdir. Planda ABŞ-da bir çox insanın razılaşacağı bir sıra məqam var, eyni zamanda bir çoxu da vəziyyətə fərqli baxacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər