"Rusiya bu atəşkəsə hazırdırsa, biz də hazırıq"
Dərc olunub:
Dünən, 06:27
Rusiya da hazır olarsa, Ukrayna enerji atəşkəsi tətbiq etməyə hazırdır.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın enerji sektoruna hücumlarını şərh edərkən bildirib.
"Gördüklərimiz budur ki, onların hücumları enerji sektorumuza yönəlib. İnsanlar işıqsız qalıb. Kritik əhəmiyyət daşıyan infrastrukturumuza hücumlar edirlər. Bu, Rusiyanın sülh prosesində maraqlı olması demək deyil.
Ruslar enerji atəşkəsinə hazırdırsa, biz həmişə hazır olduğumuzu vurğulamışıq. Bu, xalq üçün çox vacibdir", - Zelenski vurğulayıb.
