"Ukraynanın NATO-ya daxil olmaq üçün real şansı yoxdur"
Dərc olunub:
Dünən, 05:58
Vladimir Zelenski bildirib ki, hazırda Ukraynanın NATO-ya daxil olmaq üçün real şansı yoxdur.
Avrasiya.net xəbər verir ki, Ukraynanın "Strana" nəşri Zelenskidən sitat gətirir: "Biz realistik. Biz həqiqətən NATO-ya qoşulmaq istəyirik - bu, ədalətlidir. Amma biz dəqiq bilirik ki, nə ABŞ, nə də bir neçə başqa ölkə hələ Ukraynanı alyansda görmür. Rusiya, əlbəttə ki, bizi orada görməyəcək".
O, həmçinin Ukraynada seçki keçirməyə hazır olduğunu vurğulayıb.
Onun sözlərinə görə, səsvermə 60-90 gün ərzində hazırlana bilər. Bundan əvvəl Ukrayna Mərkəzi Seçki Komissiyasının rəhbəri Oleh Didenko bəyan edib ki, o, seçkilərin təşkili üçün hərbi əməliyyatların dayandırılmasından sonra üç aydan çox vaxt tələb olunacaq.
