Putin ehtiyatda olan hərbçilərləri təlimə çağırdı - Sənəddə məxfilik var

Putin ehtiyatda olan hərbçilərləri təlimə çağırdı - Sənəddə məxfilik varRusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarını 2026-cı ildə hərbi təlimə çağıran fərman imzalayıb.

Fəmana görə, Rusiyada ehtiyatda olan hərbçilər illik təlim düşərgəsinə göndəriləcək, hökumətə və regional hakimiyyət orqanlarına bunun təşkili tapşırılıb.

Dərhal qüvvəyə minən fərmanda "yalnız rəsmi istifadə üçün" işarəsi olan iki məxfi bənd var. Bu bəndlərdə təlim düşərgəsinə göndəriləcək vətəndaşların sayının və təlimin vaxtının göstərildiyi ehtimal olunur.

Qışda hərbi təlim Rusiyada nadir təcrübədir. Keçən il Putin onun yanvar ayında keçirilməsini tələb edən fərman imzalayıb - 20 ildən sonra ilk dəfə.

2024-cü ildə oxşar fərman 1 martda, 2023-cü ildə - 10 mayda, 2022 və 2021-ci illərdə - 26 apreldə, 2020-ci ildə - 29 iyunda imzalanmışdı.

Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev əvvəllər bildirib ki, bütün rus gəncləri NATO ilə genişmiqyaslı müharibəyə hazırlaşmaq üçün altı aylıq hərbi təlim düşərgələrinə göndərilməlidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər