Rusiya gəmisinə Türkiyə sahillərində hücum edildi

Rusiya gəmisinə Türkiyə sahillərində hücum edildiRusiyadan Gürcüstana günəbaxan yağı daşıyan "Midvolga 2" tankeri Türkiyə sahillərindən 80 mil (130 km) aralıda hücuma məruz qalıb.

Reuters agentliyinin məlumatına görə, 13 nəfərlik heyət üzvü xəsarət almayıb. Gəminin Türkiyənin Sinop limanına doğru getdiyi bildirilir. Hələlik başqa rəsmi məlumat verilməyib.

Lakin NTV televiziya kanalı hücumda kamikaze dronunun iştirak etdiyini bildirib.

Reuters agentliyinin sorğusuna cavab olaraq, bir türk rəsmisi lazımi mesajların Ukrayna hakimiyyəti də daxil olmaqla müvafiq tərəflərə ötürüldüyünü deyib.

Açıq mənbələrə görə, 140 metrlik "Midvolga 2" 2014-cü ildə inşa edilib və Rusiya bayrağı altında üzür. Onun əsas limanı Sankt-Peterburqun Böyük Limanıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər