Rayon rəhbəri silahını təmizləyərkən arvadını güllələdi
Dərc olunub:
1-12-2025, 14:06
Rize Çayeli İlçe valisi Sertaç Kırçuval ehtiyatsızlıq ucbatından həyat yoldaşını xəstəxanalıq edib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, rayon rəhbəri evdə silahını təmizləyərkən həyat yoldaşı Nesibe Kırçuvalu güllələyib.
Qarın nahiyəsindən yaralanan 33 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Rize Təhsil və Araşdırma Xəstəxanası Kırçuvalın müalicəsinin davam etdiyi və həyatı üçün təhlükə olmadığı bildirilib.
Son xəbərlər
