Türkiyədə silahlı toqquşma baş verib, yeddi nəfər yaralanıb
Dərc olunub:
30-11-2025, 01:13
Türkiyənin Adana şəhərində bərbərxanada iki qrup arasında silahlı toqquşma olub.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, hadisə Seyhan rayonunda qeydə alınıb.
Hadisə zamanı 7 nəfər xəsarət alıb.
Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi məlum deyil. Polis şübhəlilərin saxlanılması üçün əməliyyata başlayıb.
Son xəbərlər
