"Azərbaycan və Türkiyə gəncləri bir-birini tamamlayan güc kimi çıxış edir"

Azərbaycan və Türkiyə arasında möhkəmlənən qardaşlıq münasibətləri yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, həm də gənclər və təhsil müstəvisində dayanıqlı əməkdaşlıqla daha da güclənir.

Avrasiya.net xəbər verir ki, bunu Yurtdışı Türkler və Akraba Topluluklar (YTB) Başkanı Abdulhadi Turus Azərbaycan–Türkiyə Məzunlarının Görüşündə çıxışı zamanı deyib.

O vurğulayıb ki, Azərbaycan və Türkiyə gəncləri ortaq dəyərlər əsasında qurulan gələcəyin əsas aparıcı qüvvəsidir. Türkiyədə təhsil almış azərbaycanlı tələbələr bu münasibətlərin inkişafında önəmli yer tutur və müxtəlif sahələrdə qazandıqları təcrübə ilə iki ölkə arasında humanitar körpünü daha da möhkəmləndirirlər.

Turus bildirib ki, YTB olaraq gənclərin birgə layihələrdə iştirakını, akademik mübadilələri və yeni təhsil proqramlarını dəstəkləməkdə davam edəcəklər. Onun sözlərinə görə, hər iki ölkənin gəncləri regional və qlobal miqyasda bir-birini tamamlayan güc kimi çıxış edir.

O, Azərbaycan–Türkiyə Məzunları Görüşünün iki dövlət arasında strateji tərəfdaşlığın insan kapitalı üzərində qurulan ən gözəl nümunələrindən biri olduğunu xüsusi vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər