Qidalanma eksperimenti faciə ilə bitdi

Rusiyalı fitnes məşqçisi Dmitri Nuyanzin həyatını itirib. 30 yaşlı influenserin ölüm səbəbinin sürətli şəkildə çəki almaq məqsədilə həyata keçirdiyi “çoxkalorili qida çağırışı” olduğu bildirilir.

“Qafqazinfo” xəbər verir ki, Dmitri gündə 10 min kalori qəbul edərək, 25 kiloqram çəki almağı, daha sonra isə hazırladığı yeni fitnes proqramı ilə həmin çəkini tez bir zamanda atmağı planlaşdırırdı.

Lakin ağır qidalanma rejiminin fonunda onun yuxuda ürək tutmasından vəfat etdiyi iddia olunur.

Hadisədən bir gün əvvəl məşqçi özünü pis hiss etdiyi üçün məşq dərslərini ləğv edib və həkimə getməyi planlaşdırdığını yaxınlarına yazıb.

Dmitri Nuyanzin Rusiyanın Orenburq şəhərində dəfn edilib.

O, çəkisini kəskin artırmaq və sonradan azaltmaq prosesini sosial şəbəkələrdə paylaşır, gündəlik rasionuna daxil olan bulkalar, piroqlar, pelmenilər, hamburgerlər və pizzalar barədə mütəmadi paylaşımlar edirdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər