Yermak cəbhəyə gedəcəyini açıqlayıb

Yermak cəbhəyə gedəcəyini açıqlayıbUkrayna Prezident Administrasiyasının (PA) istefaya göndərilmiş rəhbəri Andrey Yermak qalmaqaldan sonra ilk dəfə Qərb jurnalistləri ilə əlaqə saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "The New York Post" (NYP) məlumat yayıb.

Keçmiş məmur nəşrə emosional mesaj göndərib. O özünü dürüst və vicdanlı insan adlandıraraq istənilən repressiyaya hazır olduğunu bildirib.

"Məni alçaldıblar və ləyaqətim qorunmayıb. Buna görə də mən [Ukrayna prezidenti Vladimir] Zelenskiyə problem yaratmaq istəmirəm, cəbhəyə gedirəm", – deyə Yermak qeyd edib.

Keçmiş PA rəhbəri ön cəbhəyə nə vaxt və hansı statusda gedəcəyini açıqlamayıb. O həmçinin bundan sonra onunla əlaqə saxlamağın mümkün olmaması halında öncədən üzr istəyib.

Xatırladaq ki, ölkədə korrupsiya qalmaqalı fonunda Zelenski Yermakın Ukrayna Prezident Administrasiyasının rəhbəri vəzifəsindən istefa ərizəsini qəbul edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər