Rusiyanın üç bombardmançısı Baltik üzərində: qırıcılar izlədi
Dərc olunub:
28-11-2025, 02:03
Rusiya Baltik dənizi üzərində üç Tu-22M3 strateji bombardmançı təyyarəsi ilə təlim uçuşu həyata keçirib.
Axar.az xəbər verir ki, bu barədə OSİNT analitiki məlumat yayıb.
Bildirilib ki, bu yaxınlarda İrkutsk vilayətindən təhvil verilən üç Tu-22M3 təyyarəsi ötən gün Murmansk yaxınlığındakı Olenya aviabazasından havaya qalxıb və Baltik dənizi üzərində beş saatlıq təlim missiyasını yerinə yetirib.
Bombardmançı təyyarələri Su-27 və Su-35S-lər müşayiət edib.
Son xəbərlər
