Ruslar Zaporojyedə əsirləri sıraya düzüb güllələdi...
Dərc olunub:
27-11-2025, 16:51
Rusiya hərbçiləri Zaporojye vilayətində Ukrayna ordusunun əsir götürdüyü beş əsgərini güllələyiblər.
Avrasiya.net Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, düşmən əsgərləri meşə zolağında əsir götürüblər. Onları sıraya düzüb, sorğu-sualdan sonra güllələyiblər”, - məlumatda deyilir.
Monitorinq qrupu hadisəni hərbi cinayət və beynəlxalq hüququn kobud formada pozulması kimi qiymətləndirib.
Son xəbərlər
