Rusiyada azərbaycanlı iş adamının əmlakı müsadirə edildi

Rusiyada azərbaycanlı iş adamının əmlakı müsadirə edildiRusiyanın Krasnodar diyarında azərbaycanlı iş adamı Şahlar Novruzovun əmlakı müsadirə edilib.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, diyarın Arbitraj Məhkəməsi Baş Prokurorluğun bununla bağlı iddiasını təmin edib.

Məhkəmənin qərarına əsasən, Ş.Novruzovun sahibi olduğu “Tuapse Dəniz Kommersiya Limanı” MMC və “Predpriyatiye TMKP” MMC-nin səhmlərinin 100%-i, həmçinin Temryuk Dəniz Yük Terminalı, “Dar Frut” MMC-nin əmlakı dövlətin mülkiyyətinə keçib.

İş üzrə cavabdehlər qismində Novruzovla yanaşı, əmlakların hazırkı sahibləri - sahibkar Oleq Basin və Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş “Vonixel Limited” şirkəti çıxış edib.

İstintaq aktivlərin 1994-cü ildən başlayaraq qanunsuz əməliyyatlar yolu ilə dövlət mülkiyyətindən çıxarıldığını hesab edib. Məhkəmə həmin obyektlərin dövlət mülkiyyətindən çıxarılması ilə bağlı bütün əməliyyatları ləğv edib.

Qeyd edək ki, Şahlar Novruzov bu ilin sentyabrında Rusiyada xüsusilə böyük məbləğdə dələduzluqda ittiham olunaraq həbs edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər