Türkiyədə BƏƏ kəşfiyyat xidmətinə bağlı olan şəbəkə zərərsizləşdirilib

Türkiyədə BƏƏ kəşfiyyat xidmətinə bağlı olan şəbəkə zərərsizləşdirilibTürkiyədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) kəşfiyyat xidmətinə bağlı olan şəbəkə zərərsizləşdirilib.

"Report" "A Haber"ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə "Siyasi və ya hərbi casusluq" fəaliyyətlərinin ifşa olunması məqsədilə əməliyyat keçirilib.

Bildirilib ki, BƏƏ kəşfiyyat xidmətinə bağlı olan bir qrup şəxs Türkiyədəki bir mobil operatordan aldıqları nömrə ilə saxta profillər yaradıblar və bu yolla müdafiə sənayesində rəhbər vəzifədə çalışanlar, Xarici İşlər Nazirliyinə məxsus bir telefon və bəzi xarici ölkələrin rəsmiləri ilə əlaqədə olan şəxslər barədə məlumat toplamağa çalışıb.

İstintaq çərçivəsində kimliyi müəyyən edilən 4 şübhəli müəyyən edilib. Əməliyyat zamanı 3 şübhəli saxlanılıb, 1 nəfər isə ölkə xaricində olduğuna görə barəsində həbs qərarı verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər