Türkiyə deputatları Öcalanla görüşə getdilər

Türkiyə deputatları Öcalanla görüşə getdilərTürkiyə parlamentinin Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının üç partiyadan ibarət nümayəndə heyəti PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşmək üçün İmralı adasına yola düşüb.

Görüşün texniki detalları bir gün əvvəl açıqlanıb.

Nümayəndə heyətinə Ədalət və İnkişaf Partiyasından Hüseyn Yayman, Milliyyətçi Hərəkat Partiyasından (MHP) Feti Yıldız və Xalqların Bərabərlik və Demokratiya Partiyasından (DEM) Gülistan Koçyiğit daxildir.

Görüşün bütün logistik və texniki detalları Milli Kəşfiyyat Təşkilatı tərəfindən planlaşdırılıb. Nümayəndə heyətinin İmralı adasına helikopterlə gedişi təmin edilib.

Məlumatlara görə, tarixi hesab edilən bu görüşün audio və videoyazıları qeydə alınacaq, lakin ictimaiyyətlə paylaşılmayacaq. Ədalət və İnkişaf Partiyasından bildiriblər ki, İmralı ziyarətinin ictimaiyyətdə yaratdığı həssaslıq nəzərə alınmaqla görüşdən fotoşəkillər dərc edilməyəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər