"İnqilabdan əvvəl hicabsız qızlar çox ləyaqətli idilər"

İnqilabdan əvvəl universitetdə oxuduğumuz illərdə tələbə qızların çoxu hicablı deyildi, amma çox ləyaqətli idilər.

Axar.az "Azad İran"a istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Qəzvin əyalətinə səfəri zamanı inqilabdan əvvəlki universitet mühitindən danışarkən səsləndirib.

O bildirib ki, həmin dövrdə tələbə qızların çoxu hicab taxmırdı, ancaq buna baxmayaraq, öz ləyaqətləri və nümunəvi davranışları ilə seçilirdilər.

"Qızların heç biri başqa cür davrana bilməzdi. O vaxt kimsə onlara söz ata və ya hörmətsizlik edə bilməzdi", - deyə prezident vurğulayıb.

İran prezidentinin bu açıqlaması ölkədə geniş müzakirələrə yol açıb. Bir çoxu Pezeşkianın xatırlatdığı dövrün tələbə həyatının və davranışlarının müsbət tərəflərini qiymətləndirib, digərləri isə müasir vəziyyətlə müqayisədə fikirlərini bölüşüblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər