Türkiyədə “Türkistan” anlayışının bərpası "Türk Birliyi" yolunda yeni mərhələdir

Vasif Əfəndi

Türkiyənin məktəb proqramlarında “Orta Asiya” anlayışının əvəzinə “Türkistan” terminindən istifadə edilməsi sırf terminoloji dəyişiklik deyil, bu, türk dünyasının tarixi yaddaşına qayıdışı, ortaq kimliyin gücləndirilməsi və türk dövlətlərinin inteqrasiyası istiqamətində strateji addımdır.

Tarixi mənbələrə baxdıqda, bu coğrafiyanın qədimdən “Türkistan” adlandırıldığını görürük. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və ərazilərinin bir hissəsi təbii olaraq bu ad altında birləşirdi. Ənənəvi olaraq Sincan-Uyğur bölgəsi də “Şərqi Türküstan” kimi tanınırdı. Türkiyədə bu terminologiyanın bərpası türk dünyasının ortaq tarixi yaddaşını tədrisə qaytarmaq deməkdir.

Son illərdə türk ölkələri arasında kommunikasiya sürətlə artıb. Azərbaycan və Türkiyə arasındakı dil yaxınlığı gündəlik məişətdə artıq ortaq ünsiyyət dili dili olaraq formalaşıb. Sosial şəbəkələrdən tutmuş televiziya və musiqiyə qədər hər yerdə Türkiyə türkcəsi rahat şəkildə qavranılır. Bu fakt ortaq türkcənin əsasını möhkəmləndirir.

Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanda da Türkiyə türkcəsi getdikcə daha çox başa düşülür və öyrənilir. Bu isə gələcəkdə vahid yazı standartı və ortaq ünsiyyət dili istiqamətində mühüm baza yaradır.

Türk Dövlətləri Təşkilatının genişlənməsi, Şimali Kipr Türk Respublikasının müşahidəçi statusu, Azərbaycanın təsirinin artması və Orta Dəhliz layihəsinin canlanması türk inteqrasiyasını konkret siyasi və iqtisadi platformaya çevirir.

“Türkistan” anlayışının dərsliklərə salınması həm də gələcək nəsillərin düşüncə xəritəsini formalaşdıracaq. Bu addım türk coğrafiyasının parçalanmış deyil, vahid bir mədəni-sivilizasiya məkanı kimi dərk edilməsi üçün vacibdir.

Türkiyənin terminoloji dəyişikliyi sadə söz oyunu qəbul edilməməmlidir. Bu, Türk dünyasının öz kimliyinə qayıdışının simvolu, ortaq dil və ortaq mədəni kodlar əsasında inteqrasiyanın sürətlənməsi deməkdir. “Türkistan” anlayışının bərpası bu yolun yalnız başlanğıcıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər