Cihangir İşbilir: Azərbaycan və Türkiyə müştərək ictimai diplomatiya modelini tətbiq edib

Cihangir İşbilir: Azərbaycan və Türkiyə müştərək ictimai diplomatiya modelini tətbiq edibAzərbaycan və Türkiyə müştərək ictimai diplomatiya modelini qurub tətbiq edib.

Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir "XXI Əsrdə Dövlət Suverenliyi və Milli Konstitusiyalar: Qlobal Çağırışlar, Tendensiya və Perspektivlər" adlı beynəlxalq elmi-praktik konfransın panel sessiya müzakirəsində deyib.

"Biz bu modeli iki ölkə olaraq yüksək səviyyədə tətbiq etdiyimiz kimi Türk Dövlətləri Təşkilatı səviyyəsində də tətbiq etməyə çalışırıq", - o əlavə edib.

Media müşaviri Vətən müharibəsindəki böyük Zəfərin ardınca Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalandığını və iki ölkə arasında qardaşlıq bağlarının üst səviyyəyə yüksəldiyini vurğulayıb.

A.C.İşbilir hər iki ölkənin savaşda haqlı və güclü olduğu kimi, informasiya cəbhəsində də güclü olmağının vacibliyini önə çəkib.

O, son illərdə baş verən texnoloji inkişafın dezinormasiyalara da yol açdığına diqqət çəkib:

"Süni intellekt burada əsas təhdidlərdən biridi. Bu, həmçinin dövlətlərin suverenliyi üçün də təhdid həddinə çatmaqdadır".(report)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər